14 may 14:39Sosial

Orduxanların Brüssel klounluğu ANALİTİK

Orduxanların Brüssel klounluğu ANALİTİKVə ya erməni lobbisinin sifarişi ilə polyaçilik ənənəsi

Özlərini zorla ictimai rəyə “siyasi mühacir” kimi sırımağa cəhd edən ani-milli ünsürlərin mayın 13-də - bu dəfə Brüsseldə klounluq vasitəsi ilə nümayiş etdirmələri əslində bir daha təsdiq etdi ki, onların xainlik fəaliyyətləri birbaşa erməni lobbisinin, erməni diasporunun sifarişləri əsasında həyata keçirilir. Daha dəqiq desək, ortada açıq-aşkar düşmənçilik marağı dayanır və bu maraq ümumiyyətlə erməni marağından qətiyyən fərqlənmir.

Erməni diasporundan xeyli məblğədə tələxpulu alınıb

Azərbaycan dövlətinin və xalqının əleyhinə fəaliyyət göstərən Orduxan Teymurxan və ətrafında cəmləşmiş özü kimi üç-beş nəfər siyasi yoluğun sözdə etiraz aksiyası keçirmək cəhdləri söz yox ki, onların Avropada fəaliyyət göstərən erməni diasporasından, diasporanın maliyyləşdirdiyi xarici fondlardan xeyli məbləğdə təlxəkpulu almalarına dəlalət edir. Əbəs deyil ki, onlar aldıqları xəyanət pullarının qarşılığında əməlli-başlı canfəşanlıq göstərir, polyaçiliklərini, təlxəkliklərini sosial şəbəkələrdə yayaraq, bu vasitə ilə boyunlarına aldıqları ləyaqətsizlik, mənəviyyatsızlıq, bişərəflik öhdəliklərini erməni aşnalarına məruzə edirlər. Bu adamlar hakimiyyətə deyil, Azərbaycan dövlətinə və xalqına qarşı düşmən münasibətini artıq gizlətmirlər və pərdələməyə çalışmırlar.

Bu, eyni zamanda, deqradasiyaya uğramış radikalizm, dağıdıcılıq amilinin faktiki süqutu oldu!

Sosial şəbəkələrə canlı yayım vasitəsi ilə qoşulan mağara təfəkkürlü ünsürlərin “plintus” səviyyəli oyunbazlıqları onların təlxəklik obrazlarını deyil, həm də əxlaqsızlıq, tərbiyəsizlik, cılızlıq, səviyyəsizlik təfəkkürlərini ortaya çıxarmış olur. Ümumiyyətlə, heç bir milli heyssiyyata sahib olmayan ani-milli məxluqların sözügedən cəhdləri elə ətrafdan keçən avropalıların da gülüş hədəflərinə çevrilib. Əks halda, beş-üç nəfərin oyunbazlıqlarına tamaşa edənlər də tapılardı. 3-4 nəfər mənəviyyatsız erməni köləsinin etiraz təşkil etmək cəhdi onların iddialarının kimsə tərəfindən dəstəklənmədiyinə əyani sübutdur. Yəni görünən həm də bu oldu ki, Orduxan Teymurxanın təlxəklik səhnəsi ucuz şoudan başqa heç nə deyil. Bu, eyni zamanda, deqradasiyaya uğramış radikalizm, dağıdıcılıq amilinin faktiki süqutu oldu!

Onlar ermənilərin sifarişlərini yerinə yetirməklə özlərini sözün əsl mənasında milli xəyanətin zirvəsinə yüksəltdilər

Daha bir realııq həm də ona dəlalət edir ki, sözügedən xainlər toplumu Azərbaycan dövlətinin və xaricdəki diasporumuzun erməni işğalına son qoymaq istiqamətində səylərinin zəiflədilməsinə çalışırlar, buna görə də erməni lobbisinin tapşırıqlarına əsasən dövlətimizi gözdən salmağa cəhdlər göstərirlər. Çünki istər erməni lobbisi, istərsə də onların Orduxan kimi təlxəkləri yaxşı bilir və dərk edirlər ki, Azərbaycan dövləti ən yüksək və ali tribunalarda Qarabağı işğalı faktı barədə dəlillərə, sübutlara söykənən gerçəkləri dünya ictimaiyyətinin diqqətinə çatdırırlar. Eləcə də Brüsseldə keçirilən məlum tədbirdə də həmin məsələ növbəti dəfə qabardılıb. İşğalçı rejimi narahat edən də bu məsələdir və ona görə də silah kimi belə xəyanətkar, satqın anti-milli ünsürlər dərhal pulla alınır, Azərbaycan dövlətinin və xalqının əleyhinə yönəldirilir. Beləliklə, fakt həm də budur ki, onlar Azərbaycanın beynəlxalq mövqelərinin güclənməsindən, dövlətimizin uğurlarından qıcıqlanan və narahat olan ermənilərin sifarişlərini yerinə yetirməklə özlərini sözün əsl mənasında milli xəyanətin zirvəsinə yüksəltdilər.

Sonda isə belələri barədə bir həqiqət ortaya çıxır - onların özlərini azərbaycanlı adlandırmağa mənəvi haqqı yoxdur və çox qısa zamanda orduxanlar və onun kimi bişərəflik simvolları məhz Azərbaycan dövlətinin və xalqının qarşısında xəyanət və satqınçılıqlarına görə mütləq, amma mütləq cavab verməli olacaqlar!

Rövşən NURƏDDİNOĞLU
loading...
XƏBƏR LENTİ
Dünən, 19:21
SORĞU