26 apr 14:56Sosial

Narkomaniyanı təbliğ edən daha bir meyxanaçı tutuldu

Narkomaniyanı təbliğ edən daha bir meyxanaçı tutulduTərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon sakinlərinin haqlı narazılığına və etirazına səbəb olmuş, narkomaniyanın təbliğinə həsr olunmuş musiqili meyxanalar ifa edən, rayonun Sarov kənd sakini, 25 yaşlı İlkin Hüseynli saxlanılıb.

Bu barədə Avrasiya.net-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, faktla əlaqədar toplanmış materiallar hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib, İ.Hüseynli İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə təqsirli bilinərək 20 gün müddətinə inzibati qaydada həbs edilib.
loading...
XƏBƏR LENTİ
SORĞU