24 apr 12:12Sosial

Deputatın adına 10 milyonluq obyekt aldığı xalq artisti danışdı

Deputatın adına 10 milyonluq obyekt aldığı xalq artisti danışdıMüğənni Gülyaz Məmmədova deputat Cavanşir Feyziyevin hazırda həbsdə olan keçmiş deputat, “Quska” ləqəbli Hüseyn Abdullayevdən aldığı obyektin onun adına rəsmiləşdirməsində aydınlıq gətirib.

Məsələ ilə bağlı Kult.az-a danışan müğənni bildirib ki, onun bu məsələyə heç bir aidiyyəti yoxdur.

G.Məmmədova bildirib ki, yazılanlardan məlumatı var:

“Yazılanların heç bir əsası yoxdur. Bu səbəbdən bu barədə danışmağa dəyməz”.

Müğənni Musavat.com-a açıqlamasında isə obyekt aldığını təsdiqləyib:

“Cavanşir Feyziyev bizim qohumumuzdur. Ona görə də jurnalistlər bu məsələdə bağlılıq axtarır. Hamı əmlak ala bilər, bəli, mən də əmlak almışam, amma özüm almışam və obyekt mənim adıma olub. Bu çoxdan olub-bitmiş məsələdir, kimsə qurdalayıb, ortalığa çıxardır. Məsləhət görürəm ki, açıb-ağardılmasın. Ümumiyyətlə, son vaxtlar sənətinə hörmət edən şəxslər barəsində başqa söhbətlər, məlumatlar dərc edirlər. İnsanlar boş qalmır. Müğənnilərdən nə istəyirlər?”

Müğənni “Quska” ləqəbli Hüseyn Abdullayevi tanımadığını da bildirdi: “Hüseyn kimdir? Mən ümumiyyətlə onu tanımıram”.

Xatırladaq ki, deputat Cavanşir Feyziyev sabiq deputat Hüseyn Abdullayevin milyonlarla dəyəri olan əmlakını alıb. Hüseyn Abdullayevin obyekti deputat Cavanşir Feyziyevin adamlarının iştirakı ilə 3 nəfərin adına sənədləşdirilib.

3 nəfərdən birinin müğənni Gülyaz Məmm
loading...
XƏBƏR LENTİ
20-05-2019, 19:21
SORĞU