22 apr 11:57Sosial

Makedoniyanın Beynəlxalq Balkan Universitetinin rektoru Azərbaycana gəlir

Makedoniyanın Beynəlxalq Balkan Universitetinin rektoru Azərbaycana gəlir4 may, 2019-cu il tarixdə Bakıda “Təhsildə uğurlu idarəçilik: Ünsiyyət” mövzusunda beynəlxalq sertifikatlı seminar keçiriləcək. Azərbaycan Dövlət Pedaqoji Universitetində baş tutacaq beynəlxalq seminar Azərbaycanda Qlobal Karyera İnstitutu və Makedoniyada fəaliyyət göstərən Beynəlxalq Balkan Universitetinin birgə təşkilatçılığı ilə reallaşacaq.

Qlobal Karyera İnstitutunun mətbuat xidmətindən verilən məlumata görə, seminarda əsas məruzəçi qismində Beynəlxalq Balkan Universitetinin rektoru, professor Mehmet Dursun Erdem çıxış edəcək. Bundan başqa seminarda təhsil ekspertləri, Azərbaycanda bu sahədə çalışan mütəxəssislər, ali təhsil ocaqlarının nümayəndələri və tələbələrin iştirakı nəzərdə tutulub. Seminarın sonunda iştirakçılara beynəlxalq sertifikat təqdim ediləcək.

Məlumat üçün qeyd edək ki, Qlobal Karyera İnstitutu beynəlxalq səviyyədə bir sıra uğurlara imza ataraq dünyanın bir çox nüfuzlu ali təhsil ocaqları ilə əməkdaşlıq edir. İnstitut Amerikanın San-Diego Dövlət Universiteti, Avstraliyanın Dövlət Universitetiolan Wollongong Universiteti, Şimali Kipr Türk Respublikası Girnə Amerikan Universiteti və digər təhsil ocaqları ilə birlikdə təhsil sahəsində beynəlxalq seminar, konfrans və təcrübə mübadilələri həyata keçirir. Qlobal Karyera İnstitutunun Şimali Kipr Türk Respublikasında, İstanbulda, Qazaxıstanda, Dubay şəhərində, Ukryana və Bakı şəhərində rəsmi nümayəndəlik mərkəzləri fəaliyyət göstərir.

loading...
XƏBƏR LENTİ
21-05-2019, 16:35
SORĞU