19 apr 10:41Sosial

Fuad Əliyev: "Qarabağla bağlı bütün təşkilatlara müraciətimiz olacaq”

Fuad Əliyev: "Qarabağla bağlı bütün təşkilatlara müraciətimiz olacaq”Bunu ALDP sədri Fuad Əliyev Versus.Az-a aprelin 20-də keçiriləcək Qarabağ forumun və Qarabağ Komitələrinin gələcək aqibətləri ilə bağlı gözləntilərini açıqlayərkən deyib:

“Yaxşı olardı ki, Qarabağ Azadlıq Təşkilatının Qarabağ Komitəsi ilə Xalq Hərəkatının Qarabağ Komitəsi birgə tədbirlər keçirsinlər. Dövlətimizin bütövlüyü naminə apardığımız mübarizədə məqsəd birdirsə, mübarizəmiz də bir, yekdil olmalıdır”.

F.Əliyev bildirib ki, Qarabağla bağlı çox birliklər yarana bilər, amma Qarabağ birdir və hamı onun ətrafında birləşməlidir:

“Hesab edirəm ki, QAT sədri Akif Nağı özü heç bir quruma üzv olmadan daha uğurlu işləyirdi. Sonra Qarabağ Komitəsi yarandı və fikir haçalanması baş verdi. Qarabağla bağlı haçalanmanı düzgün hesab etmirəm. Xalq Hərəkatı Təşkilatı yaranandan sonra biz də həmin quruma daxil olduq və burda da bir Qarabağ Komitəsi yarandı. Sadəcə olaraq eyni anda eyni adlı komitədə qalmağı mətnqtiqsiz hesab etdik”.
loading...
XƏBƏR LENTİ
21-05-2019, 16:35
SORĞU