15 apr 16:30Sosial

Bu internat məktəbində uşaqlar döyülür və təhqir edilir? - Nazirlik

Bu internat məktəbində uşaqlar döyülür və təhqir edilir? - NazirlikTəhsil Nazirliyi Bakının Mərdəkan qəsəbəsində yerləşən valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbində uşaqların döyülməsi və təhqir olunması ilə bağlı iddialara münasibət bildirib.

Nazirlikdən Axar.az-a verilən məlumata görə, internat məktəbi barədə sosial şəbəkədə yazı paylaşan müəllif Təhsil Nazirliyinə dəvət edilib və məsələnin təfərrüatları bu gün onun iştirakı ilə müzakirə ediləcək.

"Məsələ ilə bağlı araşdırma aparılır. Nəticə ilə bağlı ictimaiyyətə geniş məlumat veriləcək", - qurumdan bildirilib.
loading...
XƏBƏR LENTİ
SORĞU
Marneulidə keçiriləcək mer seçkilərində hansı namizədin seçilmə şansı daha çoxdur?
Zaur Darğallı
Əhməd İmamquliyev
Əli Bədirov
Aqil Mustafayev