15 apr 12:39Sosial

Kommunistlər Nərimanovu yad etdilər - FOTO

Kommunistlər Nərimanovu yad etdilər - FOTO14 aprel 2019-cu il tarixində Azərbaycan KP MK-nın təşəbbüsü ilə Azərbaycan Kommunist Partiyasının üzvləri, komsomolçu gənclər, ziyalılar, müharibə və əmək veteranları, şəhər ictimaiyyətinin nümayəndələri Azərbaycan xalqının vətənpərvər oğlu, mütəfəkkir alim, yazıçı-publisist, alovlu inqilabçı, Nəriman Nərimanovun anadan olmasının 149-cu ildönümünü münasibəti ilə onun Bakı şəhəri, Yasamal rayonunda yerləşən abidəsi önünə toplaşmışlar.

Təntənəli tədbiri KPİ-Sov. İKP MŞ-nın üzvü, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sədri Rauf Qurbanov açaraq tədbir iştirakçıları qarşısında Nərimanovun həyat yolunu əks etdirən geniş məzmunlu çıxış etmişdir. O, mitinq iştirakçılarına Nərimanovun inqilabı fəaliyyətindən, onun Azərbaycan Respublikasının bir dövlət kimi təşəkkül tapmasında əvəzolunmaz xidmətlərindən danışmış və gənc nəsilə Nərimanov irsini dərindən öyrənməyi, onun kimi vətənpərvər, sosializm ideyalarına sədaqətli olmağı tövsiyyə etmişdir.

Bununla da, görkəmli inqilabçının 149-cu ildönümünə həsr olunmuş təntənəli tədbir yekunlaşmışdır. Mitinq iştirakçıları N.Nərimanovun abidəsi önünə əklil və tər qərənfil dəstələri qoymuşlar.

Nəriman Nərimanovun 149-cu ildönümü ilə əlaqədar tədbirlər

AKP-nin respublikada fəaliyyət göstərən bütün rayon-şəhər təşkilatlarında qeyd olunmuşdur.

AKP MK mətbuat xidməti
loading...
XƏBƏR LENTİ
SORĞU
Marneulidə keçiriləcək mer seçkilərində hansı namizədin seçilmə şansı daha çoxdur?
Zaur Darğallı
Əhməd İmamquliyev
Əli Bədirov
Aqil Mustafayev