15 apr 10:22Sosial

Qusar sakini itkin düşdü

Qusar sakini itkin düşdüVilyeddin Əlixlalov ruhi xəstəlikdən əziyyət çəkir

28 yaşlı Qusar sakini itkin düşüb.

DİN-in mətbuat xidmətinin Quba regional qrupundan verilən xəbərə görə, Qusar rayonunun İmamqulukənd kənd sakini, 28 yaşlı Vilyeddin Əlixlalov 2019-cu ilin mart ayının 2-də səhər saatlarında yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Vilyeddin Əlixlalov əlamətləri belədir: Boyu 175 sm., qara saçlı, orta bədən quruluşludur. Evdən çıxan zaman əynində qara rəngli gödəkcə, göy rəngli cins şalvar, qara rəngli papaq və qara rəngli ayaqqabı olub.

Vilyeddin Əlixlalov ruhi xəstəlikdən əziyyət çəkir və nitqində qüsur var.

Həmin şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Qusar Rayon Polis Şöbəsinə 023-385-22-22 şəhər və (055)265-55-51 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.(ona.az)
loading...
XƏBƏR LENTİ
SORĞU
Marneulidə keçiriləcək mer seçkilərində hansı namizədin seçilmə şansı daha çoxdur?
Zaur Darğallı
Əhməd İmamquliyev
Əli Bədirov
Aqil Mustafayev