13 apr 18:59Sosial

Rezidentura imtahanında iştirak edən bir qrup namizəd Prezidentə MÜRACİƏT edib

Rezidentura imtahanında iştirak edən bir qrup namizəd Prezidentə MÜRACİƏT edibAvrasiya.net 07.04.2019-cu il tarixdə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş rezidentura imtahanında iştirak etmiş bir qrup namizəd tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ünvalanan müraciəti təqdim edir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

Surəti: Azərbaycan Respublikasının birinci vitse Prezidenti Mehriban xanım Əliyevaya

Surəti: Azərbaycan Respublikası Səhiyyə naziri cənab Oktay Şirəliyevə

Surəti: Dövlət İmtahan Mərkəzinin sədri xanım Məleykə Abbaszadəyə

07.04.2019-cu il tarixdə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş rezidentura imtahanında iştirak etmiş bir qrup namizəd tərəfindən

Ə R İ Z Ə

Hörmətli İlham Əliyev cənabları!

Yazıb Sizə bildirmək istəyirik ki, 07.04.2019-cu il tarixdə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş rezidentura imtahanında iştirak etmişik. 1-ci imtahanın nəticəsinə əsasən mümkün olan 40 balı keçə bilməmişik. İstərdik ki, 30-dan yuxarı bal toplamış həkimlərə yeni bir şans verilsin və ikinci mərhələyə həmin şəxslərin buraxılmasına şərait yaradılsın.

Onu da diqqətinizə çatdırmaq istəyirik ki, DİM tərəfindən 2015-ci ildə keçirilmiş rezidentura imtahanının 1-ci mərhələsindən sonra 40 balı yığan namizədlərin sayı 705 nəfər olmasına baxmayaraq, DİM keçidi 30 bala endirmiş və 300 nəfər namizədin də 2-ci mərhələyə buraxılmasına şərait yaratmışdır. Hazırkı vəziyyətdə DİM tərəfindən keçid balını 30-a endirilməsini və həkim-mütəxəssislərə olan tələbat nəzərə alaraq plan yerlərinin də artılması üçün aidiyyatı üzrə göstəriş verməyinizi xahiş edirik.

Cənab Prezident!


Sizin tərəfinzdən qəbul edilmiş dövlət proqramları gənclərə göstərdiyiniz diqqətin və qayğının subutudur. Biz də gənclər olaraq hər zaman Sizin siyasətinizi dəstəkləyirik. Bu imtahan bizim gələcək taleyimizi həll edir. Bildiyiniz kimi Azərbaycan Tibb Univeristeti qəbulu ən çətin univeriset hesab olunur. Bu universitetə qəbul olmağımıza, altı il təhsil almağımıza baxmayaraq xalqımıza köməklik edə bilmirik. Bu biz gənc həkimləri dərindən sarsıdır.

Sizin humanistliyiniz bütün Azərbaycan xalqına bəllidir. Bu məsələdə biz gənc həkimlərə kömək edərək bizi sevindirəcəyinizə ümid edirik.

Xahiş edirik 07.04.2019-cu il tarixdə keçirilən rezidentura imtahanın birinci mərhələsinin keçid səddini 30 bala endirilməsində bizə köməklik edəsiniz.

Bu məsələnin vacibliyinin diqqətə alınmasına ümid edir və Sizdən kömək gözləyirik. Biz öz dövlətimizə, Sizin böyük ədalətinizə hər zaman inanan gənclərik. Bu məsələnin həlli üçün səlahiyyətlərinizdən istifadə edərək, aidiyyatı orqana tapşırıq verəcəyinizə böyük ümüd bəsləyirik. Sizin müdaxiləniz olsa əminəm ki, DİM tərəfindən ödənişli yerlərin çoxluğu nəzərə alınacaq və 30 baldan yuxarı yığan gənclərin də əsas imtahan hesab olunan ikinci mərhələyə buraxılması üçün şans yaradılacaqdır.

Hörmətlə,

07.04.2019-cu il tarixdə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş rezidentura imtahanında iştirak etmiş bir qrup namizəd.
loading...
XƏBƏR LENTİ
SORĞU
Marneulidə keçiriləcək mer seçkilərində hansı namizədin seçilmə şansı daha çoxdur?
Zaur Darğallı
Əhməd İmamquliyev
Əli Bədirov
Aqil Mustafayev