13 apr 15:37Sosial

Hər gecə huşsuz qızlar gətirilir... - Həkimdən şok

Hər gecə huşsuz qızlar gətirilir... - Həkimdən şok12-14 il öncə təcili yardımda çalışırdım. Az qala hər növbədə gecə saatlarında huşsuz vəziyyətdə yeniyetmə qızlar gətirirdilər.

Axar.az xəbər verir ki, bu fikirləri tanınmış pediatr Vaqif Qarayev Feysbuk statusunda yazıb. Onun sözlərinə görə, yazdıqlarının son hadisəyə (Elinanın intiharını nəzərdə tutur - red.) qətiyyən aidiyyəti yoxdur.

“Təlimata uyğun polisə məlumat verilirdi. Polis gələn kimi valideynlər peyda olurdu və qırğın başlayırdı - "mənim qızımın adı niyə polisdə olmalıdır" deyə... O vaxtlar hələ gecə klubları çox deyildi. İndi yəqin vəziyyət daha da pisdir. Valideyn görmürdü ki, qızı gecə evdə yoxdu?!

Bir məsələyə də toxunum - bizə "milli adət" adlı bir pərdə çox mane olur. Valideynlər, xüsusən analar qızlarla danışmır. Onda yeniyetmələr ya internetə üz tutur, ya da davranışındakı qeyri-adiliyə görə valideyn həkimə gətirir. Artıq uşaq ailədən sözün həqiqi mənasında küsmüş olur, dərdini danışmağa kənarda adam axtarır”.
loading...
XƏBƏR LENTİ
SORĞU
Marneulidə keçiriləcək mer seçkilərində hansı namizədin seçilmə şansı daha çoxdur?
Zaur Darğallı
Əhməd İmamquliyev
Əli Bədirov
Aqil Mustafayev