08 apr 17:46Sosial

Şura 4-ci qrant müsabiqəsini elan etdi

Şura 4-ci qrant müsabiqəsini elan etdiAzərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası QHT layihələrinin maliyyələşməsi ilə bağlı 2019-cu il dördüncü qrant müsabiqəsini elan edir.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası (bundan sonra – Şura) qrant müsabiqəsində (bundan sonra – müsabiqə) iştirak etmək üçün Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçmiş QHT-ləri ərizə təqdim etməyə dəvət edir.
Şura “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası”na uyğun olaraq aşağıdakı mövzular üzrə layihələri qəbul edir:

Müsabiqədə iştirak edən QHT irəli sürdüyü problemin həlli ilə bağlı müvafiq sahələr üzrə zəruri potensiala malik işçi (ekspert) heyətinə malik olmalıdır.

Layihələrin müddəti

Layihələrin müddəti 2 aydan 6 ayadək ola bilər.

Qrantın məbləği

• 2018-ci il dekabrın 31-dən sonra dövlət qeydiyyatına alınmış QHT-lər 3000 (üç min) manatdan artıq olmayan məbləğdə layihə təklifləri ilə müraciət edə bilər.

Müsabiqə mərhələləri

Müsabiqə üzrə ərizə və layihə sənədlərinin qəbulu 8 aprel 2018-ci il tarixdən elektron qaydada həyata keçirilir. Müsabiqə prosesi 5 mərhələ üzrə aparılır:

• 1-ci mərhələ – Ərizənin qeydə alınması və layihə sənədlərinin qəbulu;

Bu mərhələ 8 aprel–3 may 2019-cu il saat 18.00-dək müddəti əhatə edir.

• 2-ci mərhələ – Ərizələrin texniki seçim mərhələsi;

Bu mərhələ 8 aprel–3 may 2019-cu il tarixədək müddəti əhatə edir. Təqdim olunan ərizə, əlavə edilmiş sənədlər araşdırılır və ərizənin qeydə alınıb-alınmaması barədə

QHT-yə elektron bildiriş göndərilir.

• 3-cü mərhələ – Layihə sənədlərinin texniki seçim mərhələsi;
Bu mərhələ 8 aprel- 13 may 2019-cu il tarixlərini əhatə edir. Təqdim olunan layihə sənədləri araşdırılır və layihənin qeydə alınıb-alınmaması barədə QHT-yə elektron bildiriş göndərilir.

• 4-cü mərhələ – Qeydə alınmış layihələrin vətəndaşlar və ekspertlər tərəfindən qiymətləndirilməsi;
Bu dövr 14 may – 07 iyun 2019-cu il tarixlərini əhatə edir. Bu mərhələdə qeydə alınmış layihələr Şuranın e-vətəndaş proqramı vasitəsilə vətəndaşlar və ekspertlər tərəfindən onlayn qaydada qiymətləndirilir.

• 5-ci mərhələ – Şurada müzakirə və qaliblərin elan edilməsi;
Müsabiqə qalibləri 2019-cu il iyunun 14-dən sonra elan olunacaq. Müsabiqənin nəticələri haqda məlumatlar Şuranın rəsmi internet saytında və digər internet informasiya resurslarında dərc ediləcək.

Əlavə məlumatlar

Müsabiqə ilə əlaqədar məlumatlandırma sessiyası 12 aprel 2019-cu il saat 15.00-da Şuranın inzibati binasında (Bakı şəhəri, Fikrət Əmirov küçəsi 1, 2-ci mərtəbə) keçiriləcək.

Müsabiqədə iştirakla bağlı e-ərizə bölməsindən istifadəyə dair təlimatla (http://e-qht.az/news/one/68) tanış olmaq olar.

Əlavə məlumat almaq üçün Şura Katibliyinin məsləhətçisi Elnur Bağırlıya müraciət etmək olar.
Tel/faks: (012) 493 17 32/80 (daxili nömrə:270).
E-mail: ebagirli@cssn.gov.az
loading...
XƏBƏR LENTİ
20-05-2019, 19:21
SORĞU