24 mar 20:22Sosial

Eldar Sabiroğlunun səhhəti qəfil pisləşdi – Təcili Türkiyəyə aparıldı

Eldar Sabiroğlunun səhhəti qəfil pisləşdi – Təcili Türkiyəyə aparıldıMüdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri Eldar Sabiroğlunun səhhəti qəfil pisləşib və o təcili Türkiyəyə aparılıb.

Bu barədə məlumatı oğlu, həbsdən yenicə çıxmış Rüfət Səfərov verib. Onun sözlərinə görə, atasının vəziyyəti kritikdi.

R.Səfərov atasının səhhətinin qəfildən pisləşməsinə səbəb kimi bunları deyib:
"Həbsdə məruz qaldığım heyvani münasibətin təfərrüatına qədər atamı məlumatlandıran dostlardan biri qaş düzəltmək istəyərkən gözün giləsini çıxarıb. Lazım deyildi... Atam çox pis vəziyyətdə xəstəxanaya yerləşdirildi. Vəziyyətin kritik həddi bizi məcbur etdi ki, atam Eldar Sabiroğlunu Türkiyəyə və həkimlərinə etibar edək. Balaca Sabirlə birgə dualar edirəm... Zatən əlimizdən başqa heç nə gəlmir”.
loading...
XƏBƏR LENTİ
SORĞU
Marneulidə keçiriləcək mer seçkilərində hansı namizədin seçilmə şansı daha çoxdur?
Zaur Darğallı
Əhməd İmamquliyev
Əli Bədirov
Aqil Mustafayev