23 mar 19:18Sosial

Ağstafada küçə itləri 7 nəfəri xəstəxanalıq etdi

Ağstafada küçə itləri 7 nəfəri xəstəxanalıq etdiAğstafa rayonunda bir gündə 7 nəfəri küçə iti dişləyib.

Rayonun Qarahəsənli kəndi, Saloğlu qəsəbəsi və şəhərin digər ərazisində küçə itləri müxtəlif vaxtlarda müxtəlif insanlara hücüm edib. Onlardan 7 nəfəri xəstəxanaya müraciət edib. Həkimlər tərəfindən tibbi yardım göstərilib və hamısına quduzluğa qarşı iynə vurulduqdan sonra evə buraxılıblar.

Son günlər rayon ərazisində oxşar hadisələrin tez-tez baş verdiyi bildirilir.(oxu.az)
loading...
XƏBƏR LENTİ
SORĞU
Marneulidə keçiriləcək mer seçkilərində hansı namizədin seçilmə şansı daha çoxdur?
Zaur Darğallı
Əhməd İmamquliyev
Əli Bədirov
Aqil Mustafayev