22 mar 08:40Sosial

Ziya Məmmədov villasını ucuz qiymətə satışa çıxardı - Foto

Ziya Məmmədov villasını ucuz qiymətə satışa çıxardı - FotoSabiq nəqliyyat naziri Ziya Məmmədov villasını satışa çıxarıb.

Musavat.com xəbər verir ki, sabiq nazir Nardarandakı villasını çox ucuz qiymətə satır. Ziya Məmmədov uzun illərdir ziyarət etmədiyi villasına 310 min manat qiymət qoyub.

Məlumata görə, sabiq nazir 3-4 ilə yaxındır ki, bu mülkünə baş çəkmir. Villaya nəzarəti isə son illərə qədər onun sürücüsü edirmiş. Z.Məmmədovun sürücüsünün də Nardaranda sabiq nazirin villasının qonşuluğunda bağ evi var.

Bildirilib ki, sabiq nazirin ziyarət etmədiyi villasında əvvəllər mühafizəçi olsa da, son zamanlar heç kim gözə dəymir.

Demək olar ki, sabiq nazirin bu mülkü xarabalığa çevrilib. İki böyük giriş qapısı olan bu mülk 2 hektara yaxın torpaq sahəsində yerləşir. Bir zamanlar sabiq nazirin və ailə üzvlərinin tez-tez baş çəkdiyi bu bağ evinin həyətində meydança, ayrı tikilidə idman və əyləncə zalı da var.

Onu da qeyd edək ki, sabiq nazir bir zaman bu kənddə öz qardaşı Nəriman Məmmədovla qonşu olub. Daha sonra Nəriman Məmmədov həmin bağ evini icra başçılarından birinə - Əhəd Abıyevə satıb. Bir neçə il əvvəl isə Əhəd Abıyev də həmin mülkü Masallıdan olan iş adamına satıb
loading...
XƏBƏR LENTİ
SORĞU
Marneulidə keçiriləcək mer seçkilərində hansı namizədin seçilmə şansı daha çoxdur?
Zaur Darğallı
Əhməd İmamquliyev
Əli Bədirov
Aqil Mustafayev