20 mar 15:34Sosial

Atılan addımlar milli birliyə xidmət edir

Atılan addımlar milli birliyə xidmət edirKeçən həftənin bazar günü Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun rəhbəri Füzuli Məmmədov hər il olduğu kimi bayram qabağı Qarabağ qazilərimizi sevindirdi. Bu dəfə də fond rəhbəri tərəfindən 3 ehtiyacı olan qaziyə ev bağışladı. İş adamları bu günə qədər 15-dən çox qazimizi, şəhid ailəsini sevindirib.

Tədbirdə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov daxil olmaqla, ölkənin tanınmış ictimai, elm, mədəniyyət xadimləri iştirak edirdi. Xüsusilə, qazilərimizin hərbi forma tədbirdə iştirakı qürur yaşadırdı.

Bu cür tədbirlər cəmiyyətdə milli birliyin güclənməsinə, insanlarımız arasında vətənpərvərlik əhval-ruhiyyəsinin artmasına böyük təsir göstərir.

Son aylar Azərbaycan Prezidenti cənab İlham Əliyevin şəhid ailələrinə və qazilərə verilən təqaüdlərin artırılması ilə bağlı qərarları, mənzil və maşınlarla təmin olunması onların maddi-sosial bazasının güclənməsinə xidmət edir. Dövlət öz üzərinə düşən işi yüksək səviyyədə həyata keçirir.

Bu gün iş adamlarının xeyirxah prosesə qoşulması təqdirəlayiq addım olmaqla yanaşı, Prezidentin siyasətini güclənməsinə xidmət edir. Digər tərəfdən başqa iş adamlarının prosesə qoşulmasına təkan verə bilər. Həm də iş adamlarının xeyirxah missiyada fəallıqlarına səbəb olar.

Qeyd edim ki, Füzuli müəllim xeyirxah işləri ilə yanaşı, diaspor hərəkatında da fəallıq göstərən diaspor təşkilat sədrlərimizdəndir. Bu günə qədər bir sıra uğurlu tədbirlərin keçirilməsinin təşəbbüskarı və təşkilatçısı olub. Yenə də Azərbaycan diaspor hərəkatında fəallaşması yaxşı haldır.

Ümumiyyətlə,iş adamının diaspor hərəkatına qoşulması və dəstək verməsi,ölkəmizin xaricdə milli maraqlarının güclənməsinin və qorunması istiqamətində effektiv ola bilər. Bunun üçün maddi resurs böyük rol oynayır.

Xatırladım ki, ermənilər xaricdə diaspor fəaliyyətində iş adamlarının gücündən çox yararlanırlar. Erməni diasporunda iş adamlarının və intellektual xəttin birliyi daha qabarıq özünü göstərir. Erməni iş adamları istedadlı, bacarıqlı insanlarını dəstəkləyib onların mövqe qazanmasına çalışırlar. Özlərinə yaxın olan siyasətçiləri, media mənsublarını, mədəniyyət xadimlərini pulla ələ alırlar. Onlardan ümummilli maraqları naminə istifadə edirlər. Deməli güclü diasporumuzun olmasını arzulayırıqsa, mütləq iş adamlarımızı prosesə cəlb etməliyik. Bunun üçün həm potensialımız,həm də bacarlıq insanlarımız yetərincədir. Əsas qalır işə başlamaq!

Elnur Eltürk
Atılan addımlar milli birliyə xidmət edir
Atılan addımlar milli birliyə xidmət edir
loading...
XƏBƏR LENTİ
SORĞU
Marneulidə keçiriləcək mer seçkilərində hansı namizədin seçilmə şansı daha çoxdur?
Zaur Darğallı
Əhməd İmamquliyev
Əli Bədirov
Aqil Mustafayev