19 mar 23:12Sosial

Baş redaktor prokurorluğa çağırıldı

Baş redaktor prokurorluğa çağırıldıDemokrat.az saytının baş redaktoru Vasif Həsənli prokurorluğa çağırılıb.

V.Həsənli Criminal.az saytına bildirib ki, dünən özünü Azad Əliyev kimi təqdim edən şəxs zəng edib Yasamal rayon Prokurorluğuna dəvət edib. Bildirib ki, "Karqo Şamil"in şikayəti əsasında dindiriləcək.

"Karqo Şamil" bu vaxta kimi bir neçə dəfə demokrat.az saytında barəsində getmiş tənqidi yazıların silinməsini tələb edib. Görünür buna nail ola bilmədiyindən barəmdə prokurorluğa şikayət edib.

V.Həsənli hesab edir ki, prokurorluğa çağırılması ona təzyiq etmək üçün edilir: "Dəfələrlə demişəm, əgər yazılarımla bağlı kiminsə narazılığı varsa, məhkəmə müstəvisində problemini həll etsin".
loading...
XƏBƏR LENTİ
SORĞU
Marneulidə keçiriləcək mer seçkilərində hansı namizədin seçilmə şansı daha çoxdur?
Zaur Darğallı
Əhməd İmamquliyev
Əli Bədirov
Aqil Mustafayev