19 mar 15:17Sosial

Prokuror general-mayorun məhkəmə zalında həbs olunmasını istədi

Prokuror general-mayorun məhkəmə zalında həbs olunmasını istədiBakı Ağır Cinayətlər Məhkəməsində dərman vasitələrinin qanunsuz dövriyyəsi və qaçaqmalçılıqda ittiham olunan xarici ölkə vətəndaşı Ateş Atanur, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin keçmiş rəisi, general-mayor Fikrət Qədiməliyev, Cəmil Mehtiyev, Əlamət Quliyev, Anar Məmmədov, Vasif Xıdırov, Elnur Məmmədov və Fərman Məmmədlinin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Virtualaz.org-un xəbərinə görə, prosesdə dövlət ittihamçısı çıxış edərək general-mayor Fikrət Qədiməliyevin 6 il müddətinə azadlıqdan məhrum edilməsini və məhkəmə zalından həbs edilməsini istəyib. Ev dustaqlığında olan Elnur Məmmədov barəsində şərti cəza təyin edilməsi, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi müavini Fərman Məmmədlinin 5 il 6 ay, Vasif Xıdırov, Cəmil Mehtiyevi və Atəş Atanurun 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilmələri, həbsdə olan Əlamət Quliyev və Anar Məmmədova şərti cəza təyin edilməsi və məhkəmə zalından azadlığa buraxılmaları istənilib.

Məhkəmə prosesində fasilə elan edilib.
loading...
XƏBƏR LENTİ
SORĞU
Marneulidə keçiriləcək mer seçkilərində hansı namizədin seçilmə şansı daha çoxdur?
Zaur Darğallı
Əhməd İmamquliyev
Əli Bədirov
Aqil Mustafayev