13 mar 20:57Sosial

Vidadi İsgəndərli "ermənicə danışır" - Rus saytı

Vidadi İsgəndərli "ermənicə danışır" - Rus saytı"Nə Qafqazda, nə də Zaqafqaziyada Vidadi İsgəndərli kimi ölkəsini və xalqını təhqir etmək qəbuledilməz sayılır"

Rusiyanın “Novıe İzvestiya” saytında Azərbaycandan Gürcüstana qaçan, daha sonra Fransadan siyasi sığınacaq alan Vidadi İsgəndərli ilə bağlı material yayımlanıb. Məqalədə qeyd olunur ki, V. İsgəndərli “Youtube”da öz aqressiv və təxribat xarakterli iddiaları ilə hamını təəccübləndirməyə davam edir.

Bildirilir ki, Vidadi İsgəndərlinin uzun zamandır həmyerlilərini onu unutmamağa məcbur etməsi uğursuzluqla nəticələnir. Ola bilsin, İsgəndərli qalmaqallı çıxışları ilə Azərbaycanda oxucu və tərəfdar kütləsi toplayacağını zənn edir. Bu yöndə İsgəndərli onun kimi Avropaya qaçıb Rusiya əleyhinə çıxışlar edən müxalifətçi-ekstremist Vladislav Maltsevə bənzəyir. Maltsevin proqnozları gerçəkləşməyib, onun aqressiyası konstruktiv deyil, ruslar artıq uzun müddətdir anti-Rusiya fikirləri ilə pul qazanmış “inqilabçı”dan imtina ediblər.

Qeyd edilir ki, İsgəndərli sonuncu çıxışlarından birində Qarabağ münaqişəsi ilə bağlı versiyalarını mənbələri-Ermənistanın eks-prezidenti Robert Köçaryanın xalası oğlu Sergeyt Akopyanla “Mıtişinskaya” vəkillər kollegiyasının Moska dairəsi üzrə eks-rəhbəri Araz Mirzabekyanaq əsasən irəli sürüb.

Mirzabekyan, Akopyan və İsgəndərli 1988-ci ildə Xarkov Ədliyyə İnstitutundan məzun olublar. Onlar nəinki eyni qrupda təhsil alıblar, həmçinin eyni yataqxanada yaşayıblar.

V. İsgəndərli bu institut dostları ilə əlaqəsini pozmayaraq onlarla müzakirələr aparıb və görünür ki, öz üzərində onların təsirini və nüfuzunu hiss edib.

Müxalif fikirdə olmaq, müntəzəm olaraq Azərbaycana qarşı nifrət bəsləmək onun əleyhinə dividentlər gətirir. Hətta, demokratik Gürcüstanda İsgəndərlinin fəaliyyətinin bu ölkənin standartları üçün qəbuledilməz olunduğu bildirilib. Nə Qafqazda, nə də Zaqafqaziyada Vidadi İsgəndərli kimi ölkəsini və xalqını təhqir etmək qəbuledilməz sayılır. (qafqazinfo)
loading...
XƏBƏR LENTİ