13 fev 17:36Sosial

Gənclər və İdman İdarəsinin rəisi medalla təltif edilib - FOTO

Gənclər və İdman İdarəsinin rəisi medalla təltif edilib - FOTOSiyəzən rayon Gənclər və İdman İdarəsinin rəisi Məmmədov Nadir Əmrulla oğlu “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi”nin İdarə Heyətinin 02 nömrəli 31 yanvar 2019-cu il tarixli qərarına əsasən "Vətənpərvərlik İşində Xidmətlərinə Görə" medalı ilə təltif edilib.

Məlumat üçün bildiririk ki, rayon Gənclər və İdman İdarəsinin rəisi, dövlət qulluğunun kiçik müşaviri Nadir Məmmədov bundan qabaq Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Kollegiyasının 27 fevral 2018-ci il tarixli S-02 nömrəli qərarı ilə Gənclər və İdman naziri cənab Azad Rəhimov tərəfindən “Azərbaycan Respublikasının Fəxri Bədən tərbiyəsi və İdman işçisi” fəxri adı, Siyəzən Rayon İcra Hakimiyyəti başçısı cənab Asif Hüseynovun 2018-ci il 22 iyun tarixli 50 nömrəli sərəncamı ilə “Dövlət qulluğunda fərqləndiyinə görə” fəxri fərmanı ilə təltif olunub.

Medal yeniyetmə və gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi sahəsində xidmətlərinə görə QMƏVŞAİB-in Siyəzən rayon şöbəsinin sədri Nəbi Əliyev tərəfindən Gənclər və İdman idarəsinin rəisi Nadir Məmmədova təqdim edilib.
Gənclər və İdman İdarəsinin rəisi medalla təltif edilib - FOTO
loading...
XƏBƏR LENTİ