11 fev 22:13Sosial

Prezident eks-deputatın oğluna general rütbəsi verdi - Foto

Prezident eks-deputatın oğluna general rütbəsi verdi - FotoPrezidentin bugünkü sərəncamı ilə general-mayor hərbi rütbəsi alan polkovnik Yusif Həsən oğlu Mirzəyev tanınmış alim Həsən Mirzəyevin oğludur.

Axar.az xəbər verir ki, 1927-ci ildə Qərbi Azərbaycanda (indiki Ermənistan ərazisi) anadan olan Həsən Mirzəyev ölkənin tanınmış ictimai xadimi, məşhur “91-lər”dən biri idi. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Həsən İbrahim oğlu Mirzəyev millət vəkili də seçilmişdi.

“Şöhrət” ordenli Həsən Mirzəyev Əməkdar Elm Xadimi fəxri adına layiq görülmüşdü. 25 fevral 2015-ci ildə Bakı şəhərində vəfat edib.

Yusif Mirzəyev 2018-ci il 20 fevralda Prezidentin sərəncamı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini - Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi təyin edilib.

Qeyd edək ki, bu gün Prezidentin sərəncamı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin maliyyə və maddi-texniki təminat üzrə müavini Şahvələd İsmayıl oğlu Əliyevə də general-mayor ali hərbi rütbəsi verib.
loading...
XƏBƏR LENTİ