11 fev 10:30Sosial

Armud ağacı qışda bar verdi - FOTO

Armud ağacı qışda bar verdi - FOTOGöyçayda qeyri-adi təbiət hadisəsi qeydə alınıb.

Qış fəslinə xarakterik olmayan armud növü bar verib.

Rayonun Birinci Ərəbcəbirli kəndində Həşimovlar ailəsinin həyətindəki armud ağacının üzərində üç ədəd armud yetişib.

Ev sahibi Gülsarə Həşimovanın sözlərinə görə, normalda yay aylarında bar verən ağac bu dəfə qış aylarında meyvə gətirib. Armud bildirçin-baldır növünə aiddir.

Qışda yetişən armud digərlərindən nə görünüşü, nə də dadı ilə fərqlənir.(oxu.az)
loading...
XƏBƏR LENTİ