12 yan 17:09Sosial

Deputatdan orjinal təklif - Yanvar - ilk, may – çiçək, avqust –biçin ayı adlansın

Deputatdan orjinal təklif - Yanvar - ilk, may – çiçək, avqust –biçin ayı adlansınMillət Vəkili Tahir Kərimlidən orijinal təklif.

Vəhdət Partiyasının sədri, Millət Vəkili Tahir Kərimli "Özümüzə oxşayaq" devizi altında Kütləvi Hərəkata başlanılmasını təklif edib. Müraciətdə deyilir:

Zaman-zaman böyük dövlətlərdən asılılıq, digər hakim dillərin həyatımıza daxil olması səbəbindən dilimizin əsaslarının zəiflədilməsi prosesi getmişdir. Hesab edirəm ki, ana dilimizin ictimai, məişət və ədəbi həyatımızda daha üstün yer tutmasını təmin etmək məqsədi ilə "Özümüzə oxşayaq" devizi altında aşağıdakıları həyata keçirməliyik:

1. Övladlarımıza mümkün qədər daha çox milli adlar qoyulmalı, milli soyad sonluqları seçilməlidir. Yaradılmış hüquqi şəxslərə-müəssisə və məkanlara milli adlar verilməlidir. Bunun qanunvericilikdə nəzərdə tutulması da mümkündür.

2. Bir sıra dövlətlərin təqvim adlarını dəyişmək cəhdlərinin uğursuz olmasının, həmçinin, qarşılaşa biləcəyimiz etiraz və çətinlikləri nəzərə alaraq, Qriqorian təqvimini saxlamaqla, paralel olaraq, təqvim aylarının aşağıdakı milli adlarını təklif edirəm:

1. İlk ay
2. Soyuq (çillə ay) ay
3. Boz ay
4. Yağış ayı
5. Çiçək ayı
6. Əkin ayı
7. İsti ay
8. Biçin ayı
9. Məhsul ayı
10. Qızıl ay
11. Xəzəl ayı
12. Son ay

Sadə və anlaşılan bu sözlər 100 illərlə xalq dilində işlənmişdir. Və mənasını hamı anlayır. Ukraynalılar "Serpen", "Jovtnya", "Listopada" ay adları işlətməklə özlərinə böyük hörmət aşılatdıra bilmişlər. Biz də ən azı məişət və ədəbiyyatda bu adlardan istifadə edə bilərik.

3. Bizdən aslı olacaq qədər dilimizdəki əcnəbi sözləri çevirib işlədə bilərik. Məsələn: "nəzərinizə çatdırırıq" sözü əvəzinə "baxışınıza veririk". "Təklif edirəm" sözü əvəzinə "irəli sürürəm". "Fel" sözü əvəzinə "hərəkət", "və" bağlayıcısı əvəzinə "ilə" və s.yüzlərlə belə sözləri öz dilimizdə anlaşılan şəkildə işlədə bilərik.

4. Milli identifikasiyamızı təsdiq etmək üçün geyim, mətbəx və mədəni həyatımızda özünəməxsusluğu qoruyan atributlarımıza vətəndaşlıq hüququ qazandırmalıyıq.
İnsanları bu təşəbbüsə qoşulmağa çağıram
loading...
XƏBƏR LENTİ
Bu gün, 07:51
Bu gün, 06:57
Dünən, 14:07
Dünən, 14:02