11 yan 18:09Sosial

Dini təbliğat aparan əcnəbilər Azərbaycandan deportasiya edildilər

Dini təbliğat aparan əcnəbilər Azərbaycandan deportasiya edildilərYanvarın 10-da Daxili İşlər Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilmiş birgə tədbir nəticəsində Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən yaşayış evində bir qrup əcnəbi vətəndaşın da iştirak etdiyi qeyri-qanuni dini fəaliyyət aşkarlanıb.

Komitədən verilən məlumata görə, qeyd olunan ünvanda humanitar yardım adı altında missionerlik fəaliyyəti, o cümlədən qeyri-qanuni dini təbliğatla məşğul olan əcnəbi vətəndaşlar barəsində müəyyən edilmiş tələblərə uyğun olaraq inzibati qaydada protokol tərtib edilərək məhkəməyə göndərilib.

Məhkəmənin qərarına əsasən həmin əcnəbi vətəndaşlar cərimə olunmuş və ölkəmizdən deportasiya ediliblər.
loading...
XƏBƏR LENTİ
Bu gün, 07:51
Bu gün, 06:57
Dünən, 14:07
Dünən, 14:02