11 yan 17:32Sosial

"Aqrar sahəni müasir sistemlərlə idarə edə biləcək gənclərlə təmin edəcəyik"

"Aqrar sahəni müasir sistemlərlə idarə edə biləcək gənclərlə təmin edəcəyik"İbrahim Cəfərov
Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru

Tədris prosesinin şəffaflığı universitetin vicdan məsələsidir.

Bu gün media nümayəndələri, Valideyn Şurasının üzvləri, imtahanlara tələbə nəzarəti qrupunun fəalları, Azərbaycan universitetləri facebook səhifəsinin rəhbəri və digər ictimaiyyət nümayəndələri bu imtahan sessiyasında növbəti dəfə test, şifahi və yazılı formada keçirilən imtahan prosesini izləmişlər.

Sosial şəbəkələrdə paylaşmalara görə müxtəlif qurum nümayəndələri bütövlükdə prosesin şəffaf gedişatından razi qalmışlar. Əlbəttə, bu bizləri sevindirir, eyni zamanda məsuliyyətimizi daha da artırır. Son illər dövlətimizin və şəxsən cənab Prezidentin gündəlik qayğısı, diqqəti sayəsində aqrar sahə, eyni zamanda onun yeganə kadr bazası hesab edilən Aqrar universitet sürətlə inkişaf edir.

Biz Kənd Təsərrüfatı Nazirliyi ilə bir yerdə universitetin innovativ inkişafı, onun rəqabət yönümlü bir universitet kimi ayaqda qalması üçün müxtəlif layihələr həyata keçiririk. Bununla belə universitetdə nəsillərin dəyişilməsi prosesi gedir və ətrafımızda kifayət qədər xarici dillərdən birini və ya ikisini mükəmməl bilən, müasir elektron sistemlərlə işləyən, ixtisasının mükəmməl sahibi olan gənc müəllimlər vardır. Onlar 100 yaşına çatmaqda olan bir qədim universitetin parlaq ümidləridir. Bu gün universitetimizdə kifayət qədər müasir dünyagörüşünə malik, qəbul olunduğu ixtisasa hörmətlə yanaşan gənclər vardır. Qısa müddətdə biz aqrar sahəni müasir sistemlərlə idarə edə biləcək gənclərlə təmin edəcəyik. Bu aqrar universitetin dövlətimiz, fermerlərimiz, aqrar sahədə çalışan hər bir insan və qurum qarşısında vicdan məsələsidir.
loading...
XƏBƏR LENTİ
Bu gün, 07:51
Bu gün, 06:57
Dünən, 14:07
Dünən, 14:02