08 yan 16:26Sosial

Mehman Hüseynov həkimsiz də sağlamdır

Mehman Hüseynov həkimsiz də sağlamdır“Mehman Hüseynovun vəziyyəti yaxşıdır. O, özünü normal hiss edir, heç bir problemi yoxdur”.

Avrasiya.net bildirir ki, bunu jurnalistlərə açıqlamasında Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvü, Milli QHT Formunun prezidenti Rauf Zeyni deyib.

O bildirib ki, M.Hüseynov bu gün atası ilə də görüşüb: “Mehman bu gün atası, Qırmızı Xaç Komitəsinin, digər beynəlxalq təşkilatların, o cümlədən Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvləri ilə görüşüb. Mehmanın saxlanma şəraiti, yemək və digər məsələlərlə bağlı narazılığı yoxdur. Səhhəti yaxşıdır. Həkim nəzarətindədir. Eyni zamanda ona vitaminli sistem tətbiq olunacaq ki, sağlamlığı bir az da qaydasına düşsün. Bizimlə bir saatdan artıq görüşdə səhhətindən şikayət etmədi”.

Qeyd edək ki, M.Hüseynov 2017-ci ilin martın 3-dən həbsdədir. O, Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib. Qərar Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında etdiyi şikayət əsasında çıxarılıb. Bloqer Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə ittiham olunub.

Ötən il dekabrın dekabrın 26-da isə Penitensiar Xidmət açıqlama yayaraq bildirib ki, 14 saylı cəzaçəkmə müəssisəsində plan üzrə aparılan növbəti ümumi axtarış-baxış tədbirləri zamanı məhkum Hüseynov Mehman Rafiq oğlu müəssisənin Rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Abdalov Əli Ələddin oğlunun qanuni tələblərinə tabe olmayaraq ona qarşı zor tətbiq edib, fiziki müqavimət göstərərək sonuncuya bədən xəsarəti yetirib, xidməti otaqda olan əşyaları dağıdaraq sındırıb. Bu faktla bağlı Bakı şəhəri Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 315.2-ci maddəsi (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmə) ilə cinayət işi başlanıb.
loading...
XƏBƏR LENTİ
Bu gün, 07:51
Bu gün, 06:57
Dünən, 14:07
Dünən, 14:02