21 noy 09:44Sosial

YAP-ın 26 illiyi qeyd edilib - Pirallahıda

YAP-ın 26 illiyi qeyd edilib - Pirallahıda20 noyabr 2018-ci il tarixində Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı "Abşeronneft" NQÇİ ərazi ilk partiya təşkilatında Yeni Azərbaycan Partiyasının yaranmasının 26 illiyi ilə əlaqədar tədbir keçirildi.

Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı Aparatının baş məsləhətçisi İlham Əskərov Yeni Azərbaycan Partiyasının yarandığı gündən bu günədək keçdiyi şərəfli yoldan danışaraq qeyd etdi ki, bu gün Heydər Əliyev ideyalarından danışarkən Yeni Azərbaycan Partiyasının bilavasitə ulu öndər tərəfindən yazılmış məramnaməsinə dönə-dönə nəzər salmalı, orada ümummilli liderHeydər Əliyevin qurmaq istədiyi, görmək istədiyi yeni Azərbaycanın mənzərəsini gözümüz önündə canlandırmalıyıq. Azərbaycanın böyük tarixi şəxsiyyəti, ümummilli lider Heydər Əliyevin ideyaları 21-ci əsrdə onun layiqli varisi cənab İlham Əliyev tərəfindən, ulu öndərin yaratdığı Yeni Azərbaycan Partiyası tərəfindən uğurla davam etdirilir.

Ulu öndər Heydər Əliyevin zəngin siyasi və dövlətçilik təcrübəsinə əsaslanan Yeni Azərbaycan Partiyası ölkəmizdə ən güclü, monolit siyasi təşkilatdır. Ötən müddətdə yüksək nüfuz qazanmış Yeni Azərbaycan Partiyası siyasi mübarizələrlə dolu şərəfli yol keçmişdir. İqtidar partiyası olaraq Yeni Azərbaycan Partiyası Heydər Əliyev siyasətinin avanqard qüvvəsi kimi, xalqımızın qarşısında dayanan vəzifələrin həll edilməsinə layiqli töhfəsini vermiş və bundan sonra da verəcək. Bu gün Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının sıraları getdikcə genişlənir. Bu, dövlətimizin başçısına və Yeni Azərbaycan Partiyasına Azərbaycan cəmiyyətində olan dərin inamdan və ehtiramdan irəli gəlir. Artıq monolit birliyi, sosial bazası və yüksək intellekti olan bir siyasi təşkilata çevrilən, öz sıralarında ictimaiyyətin bütün təbəqələrini birləşdirən Yeni Azərbaycan Partiyası ümummilli lider Heydər Əliyevin parlaq ideyalarının daşıyıcısı kimi cəmiyyətdə öz aparıcı rolunu gündən-günə daha da möhkəmləndirir.
YAP-ın 26 illiyi qeyd edilib - Pirallahıda
Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı Məmləkət Qaraçobanova YAP Pirallahı rayon təşkilatının fəaliiyəti barədə məlumat verərək bildirdi ki, ölkəmizdə keçirilən bütün seçkilərdə inamlı qələbə qazanan Yeni Azərbaycan Partiyası regionda ən iri siyasi təşkilata çevrilmişdir. Partiyanın qurucusu ümummilli lider Heydər Əliyevin söylədiyi kimi "Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır". Partiyanın dünəni zəngin və şərəflidir, bu günü fəal quruculuq və xalqa xidmət qayğılarından ibarətdir. Biz gələcəyə aydın proqramla, güclü rəhbərimiz, partiyanın sədri, Prezident İlham Əliyevin ətrafında sıx birləşərək iri addımlarla irəliləyirik.

YAP Pirallahı rayon təşkilatı "Abşeronneft" NQÇİ ərazi ilk partiya təşkilatının sədri Şamil Kazımov YAP Pirallahı rayon təşkilatı "Abşeronneft" NQÇİ ərazi ilk partiya təşkilatının fəaliyyətindən danışaraq qeyd etdi ki, Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır. Bu gün bu partiya ölkəmizdə həyata keçirilən hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu, demokratik inkişaf prosesində yaxından iştirak edir, müstəqil Azərbaycan dövlətinin yüksəlişinə, tərəqqisinə öz töhfələrini əsirgəmir.
YAP-ın 26 illiyi qeyd edilib - Pirallahıda
Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı sədrinin müavini Bəxtiyar Balakişiyev YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarovun adından tədbir iştirakçılarını Yeni Azərbaycan Partiyasının yaranmasının 26 illiyi münasibəti ilə təbrik edərək qeyd etdi ki, bu gün Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı öz qarşısında duran vəzifələri böyük uğurla həyata keçirir. Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı öz ənənəsinə sadiq qalaraq rayonun ictimai-siyasi həyatında öz aktivliyi ilə seçilərək rayonda aparılan abadlıq-quruculuq işlərində, mədəni-kütləvi tədbirlərin keçirilməsində fəal iştirak etmişdir.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyası sıralarına qəbul edilmiş bir qrup şəxsə partiyaya üzvlük vəsiqələri təqdim olundu.
loading...
XƏBƏR LENTİ