21 noy 07:13Sosial

Azay Quliyev Prezidentə təşəkkür etdi

Azay Quliyev Prezidentə təşəkkür etdiMillət vəkili, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Prezident İlham Əliyevə Şura Əsasnaməsinə edilən dəyişikliklərlə bağlı imzaladığı fərmana görə təşəkkür edib.

Avrasiya.net xəbər verir ki, millət vəkili bu barədə Tvitter hesabında yazıb. A.Quliyev bildirib ki, cənab Prezidentin fərmanı ilə Şuranın əsasnaməsinə edilən dəyişiklər onun fəaliyyətinin təkmilləşdirilməsinə, funksionallığının artmasına mühüm töhfədir:

“Şuranın kollektivi adından cənab Prezidentə verdiyi dəstəyə, göstərdiyi qayğıya görə təşəkkür edirəm”.
loading...
XƏBƏR LENTİ