20 noy 13:33Sosial

Sabahdan hava kəskin dəyişir: yağış, sulu qar və qar yağacaq

Sabahdan hava kəskin dəyişir: yağış, sulu qar və qar yağacaqNoyabrın 21-də Bakıda və Abşeron yarımadasında arabir güclənən şimal-qərb küləyi əsəcək.

Avrasiya.net Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən bildirir ki, axşam saatlarında şimal və qərb rayonlarından başlayaraq noyabrın 25-dək havanın qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir.

Bəzi yerlərdə yağışın intensiv olacağı, dağlıq rayonlarda sulu qar, qar yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-6 dərəcə aşağı enəcək.

Çaylarda sululuğun artacağı, xüsusən Lənkəran-Astara zonasının bəzi çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimal olunur.
loading...
XƏBƏR LENTİ