20 noy 13:28Sosial

Bakıda kanalizasiyadan çıxan başlar hər kəsi dəhşətə gətirdi - ŞOK GÖRÜNTÜLƏR

Bakıda kanalizasiyadan çıxan başlar hər kəsi dəhşətə gətirdi - ŞOK GÖRÜNTÜLƏR“Biləcəri qəsəbəsinin Füzuli küçəsindən keçən 1000 mm diametrli kanalizasiya kollektordan kəsilmiş mal başları və digər bərk məişət tullantıları çıxarılıb”.

Bu barədə Avrasiya.net-ə “Azərsu”ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib.

Onun sözlərinə görə, həmin ərazidə kanalizasiya quyusundan çirkab suların qaynaması barədə “Azərsu” ASC-yə müraciət daxil olduqdan sonra baxış keçirilib.

“Əraziyə xətləri yüksək təzyiqlə yuyan xüsusi təyinatlı maşın və digər mexanizmlər cəlb olunub. Bütün səylərə baxmayaraq, kollektorda baş verən tutulmanı açmaq mümkün olmayıb. Sonra kollektroun 4m dərinlikdən keçən hissəsinin üzəri açılıb, dəmir-beton boru iki yerdən sındırılaraq xəttin içərisinə müdaxilə olunub. Tutulma baş verən hissədən bir-birinə və borunun divarlarına pərçim olunmuş kəsilmiş mal başları, çoxlu sayda sement kisələri, hər birinin uzunluğu bir metrdən çox olan iki taxta parçası, digər bərk məişət tullantıları çıxarılıb və çirkab suların normal axını təmin edilib”.

A.Cəbrayıllı bildirib ki, adi hallarda kollektorda tutulmalar bir-neçə saata aradan qaldırlırsa, Biləcəri qəsəbəsi Füzuli küçəsində kollektorun təmzilənməsi 3 gündən artıq vaxt aparıb.

“Heyvan kəsimi ilə məşğul olanlara, eləcə də əhalinin diqqətinə bir daha çatdırırıq ki, kanalizasiya xətləri tullantı suların axıdılması üçün nəzərdə tutulub. Ora hər hansı bərk məişət tullantıların atılması yolverilməzdir. Belə hallar kollektorlarda tez-tez tutulmalara, yolların, həyətlərin və ətraf əraziləri çirkab suların altında qalmasına səbəb olur”.

loading...
XƏBƏR LENTİ