09 noy 09:56Sosial

ALDP lideri xalqı təbrik etdi

ALDP lideri xalqı təbrik etdiƏziz Xalqım!

Bu gün biz Dövlət Bayrağı gününü qeyd edirik. Bayrağımız düz 100 il öncə - 9 noyabr 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının ilk baş naziri Fətali xan Xoyski Milli Bayraq haqqında Nazirlər Kabinetinin qərarını imzaladı.

Bayrağımızda olan üç rəngin - Türkçülük, İslamçılıq və Müasirlik ideyaların formalaşmasında filosof Cəmaləddin Əfqaninin təsiri olub. Hər bir millətin bayrağı onun milli kimliyinin, dilinin, mədəniyyətinin, dini-mənəvi əxlaqının, milli ideologiyasının ifadəsidir. Üç rənqli Milli Bayrağımız Azərbaycan türk xalqının keçmişi, bu günü və gələcəyi öz əksini tapmışdır. 23 ay dalğalanan Milli bayrağımız dünyada müstəqil ölkələr sırasında oldu. Milli Bayrağımızdan 70 il ayırlmasına baxmayaraq xalqın əziyyətlə əldə etmiş üçrəngli bayrağına sevgi və məhəbbəti az da olsa tükənmədi. Əksinə bu illər boyu bu bayrağı yenidən yaşatmaq üçün İsmixan Rəhimov, Şıxali Qurbanov, Xudu Məmmədov, Oqtay Eldəgiz kimi qəhraman, mübariz olan minlərlə insan olub.

Bu mübariz qəhramanlar Vətənə, müstəqil Azərbaycana və Bayrağa sevgisini, məhəbətini mubarizə aparıb qoruyublar və bizlərə nəsib ediblər. 100 il ərzində bu bayraq, dövlət və dövlətçiliyimizin, müstəqilliyimizin qorunması uğrunda minlərlə şəhidimiz olub. Bu gündə cəbhə bölgəsində şəhidlərimiz var. Vətən sağ olsun! Minlərlə Qarabağ əlilimiz var. Biz onların qarşısında baş əyirik! Ön cəbhədə əsqərlərimiz düşmənnən üz üzə durub. Tanrı əsqərlərimizi qorusun! Milli Bayrağ bayramınız mübarək olsun!

ALDP sədri Fuad Əliyev
loading...
XƏBƏR LENTİ