08 noy 18:38Sosial

"Bayraq qürurumuzdur" - Pirallahıda tədbir

"Bayraq qürurumuzdur" - Pirallahıda tədbir08 noyabr 2018-ci il tarixində Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının "Abşeronneft NQÇİ" ərazi ilk partiya təşkilatında "9 Noyabr - Bayraq Günü" ilə əlaqədar "Bayraq qürurumuzdur" başlığı altında bayram tədbiri keçirildi.

Tədbiri giriş sözü ilə açan YAP Pirallahı rayon təşkilatı "Abşeronneft NQÇİ" ərazi ilk partiya təşkilatının sədri Şamil Kazımov bu günlərdə təsis olunmasının 100 illiyini qeyd etdiyimiz üçrəngli bayrağımızın hər bir azərbaycanlı üçün müqəddəs olmasından, ölkə başçısı cənab İlham Əliyevin dövlətçiliyimizin inkişafındakı xidmətlərindən danışdı.

"Bayraq qürurumuzdur" - Pirallahıda tədbir"Abşeronneft NQÇİ"-nin rəisi, Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının İdarə Heyətinin üzvü Şahmar Hüseynov çıxışında qeyd etdi ki, 1991-ci il oktyabrın 18-də respublikanın qanunvericilik orqanı olan parlament Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul etdi və bununla da respublikamızın müstəqilliyi bərpa olundu.  Həmin vaxtdan bəri xalqımız azad yaşayır, öz milli dövlətini möhkəmlədərək inkişaf etdirir. Qısa müddətdə müstəqil Azərbaycan siyasi, sosial-iqtisadi, mədəni sahələrdə böyük nailiyyətlər qazanmışdır. Respublikamızda dövlət müstəqilliyinin bütün atributları bərqərar edilmişdir. Dövlət gerbi, himn, üçrəngli bayraq müstəqil dövlətimizin rəmzləridir.
"Bayraq qürurumuzdur" - Pirallahıda tədbir
Bildirildi ki, ilk dəfə 1918-ci il noyabr ayının 9-da Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının iclasında üçrəngli bayrağımızın dövlət rəmzi kimi qəbul edilməsi barədə qərar qəbul edilmişdir. Müstəqillik əldə etdikdən sonra üçrəngli bayrağımız ilk dəfə olaraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilmişdir.  1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu Dövlət bayrağı elan etmişdir. 2009-cu il noyabr ayının 18-də isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən "9 noyabr - Bayraq Günü" elan olunmuşdur. Dövlət rəmzi olmaqla yanaşı üçrəngli bayrağımız and yerimiz, qürurumuzdur. Dünyanın hansı nöqtəsində yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı fəxrlə üçrəngli bayrağımızı başı üzərində dalğalandırır .
"Bayraq qürurumuzdur" - Pirallahıda tədbir
Tədbirin sonunda bir qrup gəncə Yeni Azərbaycan Partiyasına üzvlük vəsiqələri təqdim olundu.
loading...
XƏBƏR LENTİ