08 noy 14:56Sosial

İçərişəhərdə XVII əsrə aid hamam tapıldı

İçərişəhərdə XVII əsrə aid hamam tapıldıİçərişəhərdə aparılan qazıntılar zamanı XVII əsrə aid unikal tarixi abidə hesab olunan hamam tapılıb.

Bu barədə “Sputnik Azərbaycan”a “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildirilib.

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitunun əməkdaşı, arxeoloq İdris Əliyevin sözlərinə görə, ərazi əvvəllər hərbçilərin nəzarətində olub, daha sonra isə bu yer sovet komendaturası zamanından qalma qarajların yerləşdiyi zibilliyə çevrilib.

Abidənin restavrasiya işləri ilə Avstriya şirkəti məşğul olur. Şirkətin Azərbaycan nümayəndəliyinin meneceri Çingiz Neymanzadə bərpa prosesinin necə getməsi barədə danışıb:

“Hamam iki yüz ildən çoxdur yerin altında olmasına baxmayaraq, yaxşı qorunmuşdur. Dağılan iki günbəzdən biri demək olar ki, artıq bərpa edilib”.
loading...
XƏBƏR LENTİ