07 noy 15:19Sosial

"Hər 2-3 ildən şəhid ailələrinə 11 min manat verilə bilər"

"Hər 2-3 ildən şəhid ailələrinə 11 min manat verilə bilər"“Dövlətin imkanı varsa, hər 2-3 ildən şəhid ailələrinə 11 min manat versin. Vallah, şəhid ailələri demək olar ki, hər gün dövlət qurumları qarşısında toplaşırlar. Bu, düzgün deyil”.

Bunu deputat Qüdrət Həsənquliyev parlament komitələrinin birgə iclasında büdcə müzakirələri zamanı deyib. Deputat qeyd edib ki, bununla bağlı məlumatlara bizim düşmənlərimiz də baxır.

“Lap tikinti sektoruna ayrılan vəsaitdən bu sahəyə ayrıla bilər. Onların ya övladları, ya da həyat yoldaşları şəhid olublar”.

O, həmçinin əlavə edib ki, gələn ilin büdcəsindən 7 milyard manat pul tikinti işlərinə ayrılıb.

“Bu 7 milyard hansı sahələrə ayrılacaq? Ümumi şəkidə dəmiryol, neft şirkətinə ayrılması qeyd olunub. 60 yeni layihə maliyyələşdiriləcək. 114 obyekt isə istifadəyə veriləcək. Büdcənin təxminən üçdə birinin tikintiyə ayrılması nə dərəcədə düzgündür? Ondansa yeni zavod tikilsə yaxşı olar. Hər hansı texnogen qəza şəhərin böyük hissəsini fəlakətlə üz-üzə qoyacaq. Bu yaxınlarda SOCAR-ın zavodundan kislota dağıldılmışdı. İki gün şəhərdən iy getmədi”.
loading...
XƏBƏR LENTİ