02 noy 19:46Sosial

"Bir kərə yüksələn bayraq bir daha enməz" - Pirallahıda tədbir

"Bir kərə yüksələn bayraq bir daha enməz" - Pirallahıda tədbirDünən Pirallahı Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının təşkilatçılığı ilə Neft Daşları qəsəbəsində "9 Noyabr - Bayraq Günü" ilə əlaqədar "Bir kərə yüksələn bayraq bir daha enməz" başlığı altında bayram tədbiri keçirildi.

Tədbir öncəsi YAP Pirallahı rayon təşkilatının sədri, YAP Pirallahı rayon təşkilatı Aparatınn əməkdaşları, Neft Daşları NQÇİ-nin rəhbərliyi ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoydular. Tədbiri giriş sözü ilə açan YAP Pirallahı rayon təşkilatı sədrinin müavini, Neft Daşları NQÇİ-nin rəisi Qoçalı Mahmudov bu günlərdə təsis olunmasının 100 illiyini qeyd etdiyimiz üçrəngli bayrağımızın hər bir azərbaycanlı üçün müqəddəs olmasından, ölkə başçısı cənab İlham Əliyevin dövlətçiliyimizin inkişafındakı xidmətlərindən danışdı.
"Bir kərə yüksələn bayraq bir daha enməz" - Pirallahıda tədbir
Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov çıxışında qeyd etdi ki, 1991-ci il oktyabrın 18-də respublikanın qanunvericilik orqanı olan parlament Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul etdi və bununla da respublikamızın müstəqilliyi bərpa olundu.  Həmin vaxtdan bəri xalqımız azad yaşayır, öz milli dövlətini möhkəmlədərək inkişaf etdirir. Qısa müddətdə müstəqil Azərbaycan siyasi, sosial-iqtisadi, mədəni sahələrdə böyük nailiyyətlər qazanmışdır. Respublikamızda dövlət müstəqilliyinin bütün atributları bərqərar edilmişdir. Dövlət gerbi, himn, üçrəngli bayraq müstəqil dövlətimizin rəmzləridir.
"Bir kərə yüksələn bayraq bir daha enməz" - Pirallahıda tədbir
Sədr qeyd etdi ki, ilk dəfə 1918-ci il noyabr ayının 9-da Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının iclasında üçrəngli bayrağımızın dövlət rəmzi kimi qəbul edilməsi barədə qərar qəbul edilmişdir. Müstəqillik əldə etdikdən sonra üçrəngli bayrağımız ilk dəfə  olaraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilmişdir.
1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu Dövlət bayrağı elan etmişdir. 2009-cu il noyabr ayının 18-də isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən "9 noyabr - Bayraq Günü" elan olunmuşdur. Dövlət rəmzi olmaqla yanaşı üçrəngli bayrağımız and yerimiz, qürurumuzdur. Dünyanın hansı nöqtəsində yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı fəxrlə üçrəngli bayrağımızı başı üzərində dalğalandırır .
"Bir kərə yüksələn bayraq bir daha enməz" - Pirallahıda tədbir
Çıxışının sonunda YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov partiyanın ictimai-siyasi həyatında fəal iştirakına görə YAP Pirallahı rayon təşkilatının bir qrup üzvünü Fəxri Fərmanla təltif etdi.
"Bir kərə yüksələn bayraq bir daha enməz" - Pirallahıda tədbir
Tədbir tanınmış müğənni Rüfət Axundov və digər incəsənət nümayəndələrinin iştirakı ilə konsert proqramı ilə davam etdirildi.

loading...
XƏBƏR LENTİ