26 okt 17:38Sosial

Mikayıl Müşfiqi şəxsən Mircəfər Bağırov güllələyib

Mikayıl Müşfiqi şəxsən Mircəfər Bağırov güllələyibAtama danışmışdılar ki, Mircəfər Bağırov özü bir dəfə Müşfiq əmimin kamerasına girib, onunla danışıb.

Avrasiya.net xəbər verir ki, bu sözləri görkəmli şair Mikayıl Müşfiqin əmisi nəvəsi Vahab İsmayılzadə Aznyus.az-a müsahibəsində deyib. O, Müşfiqi şəxsən Mircəfər Bağırovun qətlə yetirdiyini bildirib:

“Ondan soruşub ki, səni incitmirlər? Müşfiq də cavab verir ki, yox. Mircəfər də istehza ilə deyib ki, üz-gözündən görürəm. Bütün sifəti partlaq-partlaq imiş, dırnaqlarını çıxarıbmışlar. İşgəncə görsə də, Mircəfərə şikayət eləməyib. Mircəfər çıxanda deyib ki, sənin dilini açmağın yolunu taparam. Bu görüşdən sonra onu başqa kameraya köçürürlər. Kameranın yeri şüşə qırıqları ilə dolu imiş, orda yatıb, orda dururmuş. Mircəfər Bağırov bu kamerada da ona baş çəkir. Qapı açılanda Müşfiq ona nə deyir, nə demirsə, Mircəfər tapançanı çıxarıb birinci gülləni vurur. Yanındakı da kontrol gülləsini başından vurur”.

Vahab İsmayılzadə Müşfiqin nəşinin dənizə atılması ilə bağlı əllərində bir faktın olmadığını vurğulayıb.
loading...
XƏBƏR LENTİ