20 okt 19:27Sosial

ADAU-nun tələbələri Göygöl Şərab Zavoduna ekskursiya ediblər

ADAU-nun tələbələri Göygöl Şərab Zavoduna ekskursiya ediblərAzərbaycan Dövlət Aqrar Univerisitetinin Agrotexnologiya fakültəsnin müəllim və tələbə heyəti respublikada fəaliyyəti və məhsulu, müasir avadanlıqları ilə sayılıb seçilən, Göygöl Şərab Zavoduna ekskursiya ediblər.

Ekskursiyada fakültənin dekanı Əfqan Hüseynov, Qida məhsullarının mühəndisliyi və ekspertiza kadefrasının müdiri Hasil Fətəliyev, kafedra müəllimləri, magistrantlar, aspirantlar iştirak ediblər.

Eksursiyaya rəhbərliyi Göygöl Şərab Zavodunun Baş şərabçısı Ömərov Rasim və Baş texnoloq Həsənov Xanlar etmişlər. Dövlət Aqrar Universiteti ilə Göygöl Şərab Zavodu mütəxəssislərinin gələcəkdə tədris və istehsalat prosessinin birgə təşkili, elmi tədqiqatların Zavodda aparılmasına dair müzakirələr aparılıb və rəylər bildirilmişdir. Eksursiya zamanı şərab sexi ilə tanişlıq olub. Sexdə şərabın süzülməsi prossesi haqqında ətraflı məlumat verilib. Tələbə və müəllimlər üzümün ilkin qəbulu mərhələsindən başlayaraq şərabın süzülməsi mərhələsinədək məlumatlandırılıblar.
ADAU-nun tələbələri Göygöl Şərab Zavoduna ekskursiya ediblər
Şərab sexindən sonra zirzəmi ilə tanışlıq olmuşdur, şərabın saxlanılması barədə məlumat verilmişdir. Həmçinin ekskursiya zamanı tələbələr və müəllimlər dequstasiyada iştirak ediblər. Zavodda işləyən italyan mütəxəssisləri ilə də görüş baş tutmuşdur. Sonda madeyra şərabının saxlanma sexi ilə tanışlıq olmuş, madeyra şərabı haqqında ümumi məlumat verilib. Həmçinin iki müəllim aspirantımıza ilkin iş təklifləri edilib.
ADAU-nun tələbələri Göygöl Şərab Zavoduna ekskursiya ediblər
ADAU-nun tələbələri Göygöl Şərab Zavoduna ekskursiya ediblər
loading...
XƏBƏR LENTİ