20 okt 11:25Sosial

Meşədə gizlənən keçmiş dustaqdan ailə-uşağına ölüm mesajı: “Başınızı kəsəcəyəm!”

Meşədə gizlənən keçmiş dustaqdan ailə-uşağına ölüm mesajı: “Başınızı kəsəcəyəm!”Daşkəsən rayonunda ata həyat yoldaşı, 15 yaşlı qızı ilə oğlunu başını kəsməklə hədələyib.

Rayonun Tapan kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, ailəsini ölümlə hədələyən Firdovsi Bağırov bir aya yaxındır ki, meşədə gizlənir:

“Firdovsi 5 ilə yaxın həbsdə yatıb. 2 ilə yaxın olar ki, həbsdən çıxıb. İki dəfə ailə həyatı qurub. Birinci arvadından uşağı olmayıb, ayrılıb. İkinci evliliyindən iki uşağı var. Həbsdən çıxandan sonra həyat yoldaşı ilə yola getmədi. Narkotik istifadəçisidir. Ailədə söz-söhbətlər düşürdü. Qadın uşaqlarını götürüb atası evinə getdi. Bundan sonra Firdovsi ata-anası ilə qalırdı. Bir ay bundan əvvəl atası ilə anasını ölümcül döydü. Onlar ağır xəsarətlə xəstəxanaya yerləşdirildi. Xəstəxanadan çıxandan sonra heç biri evinə gəlmədi, digər oğlunun evinə sığındılar. Deyir qorxuruq, gəlib bizi öldürəcək. Sonra kənddə söhbət yayıldı ki, Firdovsi həyat yoldaşı, qızı və oğlunu da öldürəcəyini deyib. Deyib ki, onları öldürməsəm, sakitləşməyəcəm. İndi hamı Firdovsini axtarır. Onun kənd camaatı ilə işi yoxdur. Ailə münaqişəsidir, hər şey qısqanclıqdan yaranıb. Hazırda ailə qorxu içindədir”.
loading...
XƏBƏR LENTİ