19 okt 16:19Sosial

Cibgir gileyləndi: İndi dar geyinirlər - Video

Cibgir gileyləndi: İndi dar geyinirlər - VideoKeçmiş cibgirin bu etirafı indiki reallığı əks etdirsə də, hələ də barmaqları ilə dolanan şəxslər var. Daha çox ictimai nəqliyyatda, əhalinin sıx olduğu yerlərdə gözə dəyən bu dırnaqarası peşənin sahibləri bəzən sıravi vətəndaşdan heç də fərqlənmirlər.

Avrasiya.net xəbər verir ki, ARB TV bu barədə maraqlı süjet hazırlayıb.

Sabiq polis rəisi Şəmsəddin Əliyev də açıqlamasında cibgirlərin sadə vətəndaşlardan fərqlənmədiklərini bildirib:

“Bəzən o qədər səliqəli geyinirlər ki, adi insanlardan heç seçilmirlər. Yanında olan adam heç şübhələnmir. Həm də onlar bir yox, bir neçə nəfər olurlar. Bəzən də avtobus sürücüləri onları tanıyır. İşlərini görən kimi tez avtobusdan düşməyə çalışırlar”.

İnsanların fikir dağınıqlığından istifadə edən cibgirlər daha çox əl çantaları və geyimlərin cibinə əl uzadır. Peşəkar cibgirlər istədikləri qəniməti elə ələ keçirir ki, sahibinin heç ruhu incimir.

Ekspert Elmar Nurəliyev də onlardan qorunmaq üçün vətəndaşlara tövsiyyələrini verib:

“Vətəndaşlar öz əşyalarını, çantalarını və digər aksesuarları görünən vəziyyətdə saxlamamalıdırlar. Əşyaları özünüzə yaxın və möhkəm tutmaq lazımdır. Cibgir sizin üzərinizdən nəyisə oğurladısa, həmin dəqiqə reaksiya vermək də olmaz. Çünki onların üzərində kəsici, deşici alətlər ola bilər və sizə zərər yetirə bilərlər”.

Daşıyıcı şirkətilərdən birinin rəsmisi Kamran İsgəndərli soyğunçuluq faktı ilə bağlı onlara müraciətlərin olunduğunu bildirib: “Bizə müraciət olunduqda, biz həmin vətəndaşı polis orqanına yönləndiririk. Polisdən daxil olan məlumatdan sonra biz həmin görüntüləri təqdim edirik”.

Son illər cibgirlik cinayətlərinin sayında xeyli azalma var. Şəhərin küçələrində, ictimai yerlərdə kamera müşahidə aparatlarının quraşdırılması cibgirlərin baş ağrısına çevrilib.
loading...
XƏBƏR LENTİ