19 okt 10:01Sosial

Gəmidə zəhərlənən İran vətəndaşlarından üçü öldü

Gəmidə zəhərlənən İran vətəndaşlarından üçü öldüXəzər dənizinin mərkəzi hissəsində, Pirallahı adasından 21 mil məsafədə Aktau-Bakı marşrutu üzrə hərəkət edən İran İslam Respublikasına məxsus “Nazmehr” quru yük gəmisinin zəhərlənən heyət üzvlərindən 3-ü dünyasını dəyişib.

Bu barədə Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov məlumat verib.

Onun sözlərinə görə, həmin şəxsləri xəstəxanaya çatdırmaq mümkün olmayıb və yolda vəfat ediblər: “Ölənlərin üçü də İran vətəndaşlarıdır. Onlardan biri 28, digəri 29, o biri isə 32 yaşında olan kişilərdir.

Zəhərlənən 10 nəfərdən 7-si hospitalizasiya olunub. Onlar 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib. Kapitanı isə hazırda təcili tibbi yardım gözləyir. Çünki o, sonuncu çıxmalıdır. İlkin ehtimala görə zəhərlənməyə səbəb gəmidə gətirilən taxıla vurulan kimyəvi maddədir”.

Xatırladaq ki, Xəzər dənizində Aktaudan Bakıya gələn gəminin heyət üzvləri arasında kütləvi zəhərlənmə olub.

Sərhəd gözətçi gəmisi 00:30 radələrində “Nazmehr” yük gəmisinə yan alaraq 7 nəfər ağır vəziyyətdə olan heyət üzvünü qəbul edib ilkin tibbi yardım göstərməklə sahilə Abşeron limanı istiqamətində hərəkət edib. Xəstələrə təcili tibbi yardımın göstərilməsi üçün limana həkim briqadaları cəlb olunub.
loading...
XƏBƏR LENTİ