18 okt 21:02Sosial

İcra başçısı daha bir məmuru işdən çıxardı

İcra başçısı daha bir məmuru işdən çıxardıVaqif Həsənov bununla bağlı əmr imzalayıb.

Ağdam Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Xanım Allahverdi qızı Əliyeva vəzifəsindən azad edilib.

Ağdam Rayon İcra Hakimiyyətinin yeni başçısı Vaqif Həsənov bununla bağlı əmr imzalayıb.

İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi vəzifəsinə hələlik təyinat yoxdur.

Qeyd edək ki, bir müddət əvvəl Ağdam Rayon İcra Hakimiyyətinin Sənədlərlə və vətəndaşlarların müraciətləri ilə iş şöbəsinin müdiri Ramiz Qədirov işdən çıxarılıb. İcra hakimiyyətinin yeni başçısı Vaqif Həsənov bununla bağlı əmr imzalayıb. Sənədlərlə və vətəndaşlarların müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsinə hələlik təyinat olmayıb.

Xatırladaq ki, Prezident İlham Əliyevin avqustun 28-də imzaladığı sərəncamla Vaqif Həsənov Ağdam Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.(report.az)
loading...
XƏBƏR LENTİ