16 okt 15:42Sosial

Spiker əsəbiləşdi: Belə getsə, bağlanacaq...

Spiker əsəbiləşdi: Belə getsə, bağlanacaq...Milli Məclisin plenar iclasında “Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanun layihəsinin ikinci oxunuşda qəbulu zamanı cəmi 79 nəfər səs verib.

Spiker Oqtay Əsədov yetərsayın olmamasından narazılıq edib: “Yetərsay yoxdur. Deyəsən, qəhvə, çay yerini bağlamalı olacağıq. Çoxlarının paxıllığı tutur, belə getsə bağlanacaq. Məsələni bir də səsə qoyaq. İclas başlayanda dedim axı diqqətli olmaq lazımdır”.

Spikerin iradından sonra qanun layihəsi təkrar səsə qoyularaq qəbul edilib.
loading...
XƏBƏR LENTİ