16 okt 15:28Sosial

Rəşid Mahmudov reanimasiyaya yerləşdirildi

Rəşid Mahmudov reanimasiyaya yerləşdirildiTanınmış həkim və ictimai xadim Rəşid Mahmudovun səhhətində problemlər yaranıb.

Publika.az xəbər verir ki, R.Mahmudov ötən gün qarın boşluğunda yaranan ağrılar səbəbindən Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına yerləşdirilib. Hazırda reanimasiya şöbəsində müalicə alan 79 yaşlı fizioloqun mədəaltı vəzidən əməliyyat olunacağı bildirilib.

Qeyd edək ki, Azərbaycan Tibb Universitetinin dosenti, tanınmış tibb elmləri namizədi Rəşid Mahmudov bir müddətdir ki, mədəaltı vəzidə yaranan xəstəlikdən əziyyət çəkir.
loading...
XƏBƏR LENTİ