16 okt 14:43Sosial

"İrşad Telecom" yeni dələduzluq forması tapıb

"İrşad Telecom" yeni dələduzluq forması tapıbÜmumi qiyməti 819 manat olan telefonu18 aya hər ay 45,50 manat ödəməklə, faizsiz, ilkin ödənişsiz, komissiyasız şəkildə əldə etmək haqqında kampaniya elan edilsə də, şirkət sözünü tutmur.

Kampaniya ilə yerindəcə gedib tanış olmaq istəyən müştəriyə isə cavabları "Elə-belə yazmışıq" olub.

Məsələyə aydınlıq gətirmək üçün "İrşad Telecom"la əlaqə saxladıq. Şirkətdən redaksiyamıza verilən açıqlamada bildirdilər ki, limiti aşan müştəridən ilkin ödəniş tələb oluna bilər:

"Məlumat xarakteri üçün şərtlər saytda yerləşdirilib. Qeyd olunub ki, müştərilərə fərdi şəkildə yanaşdığımız üçün ilkin ödənişlə bağlı şərtlər dəyişiləcək. Faiz dərəcələri dəyişmir, lakin ilkin ödəniş individual olaraq müştərilərin şərtlərinə uyğun şəkildə dəyişəcək. Hər müştərinin öz şərtləri var. Bunu veb saytda dəqiqliklə qeyd etmək mümkün deyil. Kampaniyanın aşağısında qeyd olunub ki, şərtlər dəyişə bilər, hər halda ilkin ödəniş tələb oluna bilər. Çünki hər müştərinin öz limiti var. Limiti aşan müştəri məhsul əldə etmək istədikdə, aşılan məbləğ ilkin ödəniş kimi tələb olunacaq".

Qeyd edək ki, Azərbaycan Konstutisiyasının 11 iyun 2018 -ci il tarixindəki qanun dəyişikliyinə əsasən "İrşad Telecom" reklam haqqında qanunun 18.0.6 və 18.0.7 maddələrini pozaraq müştərilərini aldadır. (kommersant.az)
loading...
XƏBƏR LENTİ