15 okt 11:55Sosial

Təşəkkürün və sonsuz hörmətin, məhəbbətin bir ünvanı - Prezidentdir

Təşəkkürün və sonsuz hörmətin, məhəbbətin bir ünvanı - Prezidentdirİbrahim Cəfərov
Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor

15 oktyabr 2003-cü il tarixi vətənini və xalqını sevən hər bir Azərbaycan vətəndaşı üçün ən əziz günlərdən biri və ya birincisidir. Düz 15 il bundan öncə möhtərəm cənab Prezident İIHAM ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti seçilib. Bununla da xalqımız ümummilli lider Heydər Əliyevin başladığı siyasətə sadiq qalaraq ona HƏ demiş, milyonlarla seçici məntəqələrdə yalnız Prezident kimi İlham Əliyevin lehinə səs veriblər.

Hörmətli izləyicilər, xoşbəxtliyim ondadır ki, məhz 2003-cü ildə 38 sayli Nizami ikinci (Gəncə) DSK-nın sədri olaraq bu prosesi öz gözlərimlə görmüş, insanlarin toy, bayram etməsinin şahidi olmuşam. Bu gün cənab Prezidentin rəhbərliyi altinda Yeni Azərbaycan qurulur ifadəsi ilə onun titanik fəaliyyətini qeyd etmək dənizdən bir damladir, çoxşaxəli bu fəaliyyət alimlərimiz tərəfindən illərlə təhlil edilməli, qalaq-qalaq kitablar yazılmalıdır.

Aqrar universitet üçün dövlətimizin son illərdə cənab Prezidentin rəhbərliyi ilə etdikləri, universitetin mükəmməl bir tədris ocağına çevrilməsi ilə nəticələnmişdir. Edilənlərı saymaqla qurtarmaq olmaz, təkcə iki 7 mərtəbəli tələbə evi, tədris korpuslarının təmiri, yeni tədris korpusunun tikintisi, maddi texniki bazanın ən müasir standartlara uyğun gücləndirilməsı, yüzlərlə tələbənin dövlət sifarişi əsasinda təhsil almasi və s. görülən işlərin cüzi bir hissəsidir. Bütün bunlara görə təşəkkürün və sonsuz hörmətin, məhəbbətin bir ünvanı-möhtərəm cənab Prezidentdir. Biz hamımız hələ çox beşilliklər cənab Prezidentin rəhbərliyi altında işləyib, bu Vətən üçün, işğal altında qalan torpaqlarımızın azad edilməsi üçün əlimizdən gələni edəcəyik.

Bütün bunlara görə çoxminli ADAU ailəsi adından gur səslə deyirəm: MİN YAŞA CƏNAB PREZİDENT!!! AIIAH SİZİ QORUSUN!!!
loading...
XƏBƏR LENTİ