14 okt 21:00Sosial

"Aqrar kadr bazarına sahiblənməliyik" - Rektor

"Aqrar kadr bazarına sahiblənməliyik" - RektorGənclər dövlətimizin və valideynlərin bizə əmanətidir.

Avrasiya.net xəbər verir ki, bunu Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov bildirib.

Onun sözlərinə görə, yeni tədris ilinin başlanmasından artiq bir ay ötür, universitetə bakalavriat səviyyəsi üzrə 1292 nəfər, magistratura səviyyəsı üzrə isə 130 nəfər tələbə qəbul olunub: "Əlavə 50 nəfərə qədər tələbə ikinci təhsillərini məhz bizim universitetdə almaq istəmiş və onların arzusu reallaşmışdir. Qəbul olunan tələbələrin böyük əksəriyyəti tələbə evlərində yerləşmişlər, hesab edirəm ki, artıq universitetə, yataqxanaya, Gəncə şəhərinə adaptasiya mərhələsı başa çatmış və tələbələrimiz normal şəkildə təhsillərini davam etdirirlər. Rektor olaraq birinci kursa daxil olan bütün tələbələrlə görüşüb onları dinləmişəm, onlarin normal təhsil almaları üçün nə lazimdirsa o da ediləcək sözünü vermişəm. Bu günlər tədris korpuslarında dərslərdə görüşürük. Anlayıram ki, bu gənclər dövlətimizin və valideynlərin bizə əmanətidir, onlari qorumaq, yaxşı oxutmaq və dəyərli bir ölkə vətəndaşı etmək üçün daha yaxşı işləməliyik. Qısa müddətdə möhtərəm, cənab Prezidentin aqrar təhsil və elmə olan diqqət və qayğısına uyğun mütəxəssislər hazırlayıb, aqrar kadr bazarına sahiblənməliyik. Bunun üçün aqrar universitetin həm maddi texniki bazası, həm də mükəmməl professor-müəllim heyəti var".
loading...
XƏBƏR LENTİ