14 okt 12:49Sosial

Bank işçiləri gecə saatlarında... - Bakıda

Bank işçiləri gecə saatlarında... - Bakıda Bakı sakini avtomobilinin qaçırılması ilə bağlı polisə müraciət edib.

Publika.az xəbər verir ki, Xətai rayonu Neapol küçəsində yaşayan 1980-ci il təvəllüdlü Salahova Əsmət Sahib qızı polisə müraciət edərək bildirib ki, gecə saatlarında ona məxsus olan “Ford Edge” markalı avtomobili naməlum şəxs və ya şəxslər tərəfindən qaçırılıb. Onun sözlərinə görə, maşını park edib və mənzilə gedib. Səhər saatlarında isə maşının yoxa çıxdığını görüb.

İlkin araşdırmalar zamanı məlum olub ki, Ə.Salahovanın banka xeyli miqdarda borcu var. Bu səbəbdən də bank nümayəndələri gecə saat 01:30 radələrində 90 SG 757 dövlət qeydiyyat nişanlı avtomobili apararaq Sabunçu rayonu B.Bünyatov küçəsindəki duracağa yerləşdirib.

Bank nümayəndəsi məsələ ilə bağlı məhkəmə qərarının olduğunu bildirib.

Məsələ ilə bağlı araşdırmalar davam etdirilir.
loading...
XƏBƏR LENTİ
19-10-2018, 16:36