14 okt 12:44Sosial

Avtomobil hədiyyə edilən din xadimləri: Lazım olur

Avtomobil hədiyyə edilən din xadimləri: Lazım olurXəbər verdiyimiz kimi oktyabrın 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondunda 14 dini icmaya “Khazar SD” markalı avtomobillərin açarları təqdim olunub.

Sabirabaddakı “Heydər” məscidi dini icmasının imamı hacı Məhəmməd Əliyev Modern.az-a açıqlamasında dini icma rəhbərlərinə avtomobil verilməsinə sevindiyini deyib.

“Çox sağ olsunlar ki, belə bir işi həyata keçirdilər. Din xadimi olaraq buna müsbət baxıram. Lap əvvəllər avtomobilim olub. Amma neçə illər idi ki, yox idi. Hər halda, avtomobil minik vasitəsidir. Hara gediriksə, lazım olur”.

Balakəndəki “Mərkəzi cümə” məscidinin qazisi Elşən Poladov da prezidentin bu addımını alqışladığını bildirib.

“Bu günə kimi avtomobilim olub. Amma hazırda avtomobilsizəm. Bu avtomobil icma üçün nəzərdə tutulub. Bizə kağız verilib. Həmin kağızla avtomobili idarə edə bilirik. Əslində bu avtomobil icmanın işlərini həyata keçirmək üçün hədiyyə edilib. Biz buna görə bir daha həm prezidentimizə, həm də Dini Qurumlar üzrə Dövlət Komitəsinə təşəkkür edirik. Yaxşı təşəbbüsdür”.

Həmçinin, noyabr ayında daha 7 dini icmaya avtomobillərin verilməsi nəzərdə tutulub.
loading...
XƏBƏR LENTİ
19-10-2018, 16:36