14 okt 12:12Sosial

Şabran məktəbliləri ən güclü eruditləri müəyyən ediblər

Şabran məktəbliləri ən güclü eruditləri müəyyən ediblər Azərbaycan Respublikasının Təhsil Nazirliyinin "Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi"nin fərdi kateqoriya üzrə qalibi olan "Məktıbli eruditlər" region məktəblilərinin intellekt festivalı adlı layihə çərçivəsində Şabran rayonunda məktəblilərin Nə? Harada? Nə zaman? intellektual oyunu üzrə seçim turniri keçirilib.

Şabran şəhər 1 saylı tam orta məktəbində keçirilən tədbirdə çıxış edən layihə rəhbəri, Quba rayonu Talabıqışlaq kənd tam orta məktəbinin müəllimi Nərgiz Mahmudova layihə barədə məlumat verərək bildirib ki, məqsəd məktəblilərinin asudə vaxtlarının intellektual oyunlar vasitəsilə səmərəli təşkilinə nail olmaq, onlarda oxumağa, təhsilə, elmə maraq oyatmaq və dünyagörüşlərinin, məntiqi təhliletmə bacarıqlarının inkişafına təkan verməkdir.

Tədbirdə çıxış edən Şabran rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Gülər Hüseynova layihə çərçivəsində Şabran rayonunu seçdiklərinə görə təşəkkürünü bildirib və bu kimi tədbirlərin şagirdlərin ictimai aktivliyinin artırılmasında, sosiallaşmasında, şəbəkələşməsində, eləcə də tədrisə maraq oyanmasında müstəsna əhəmiyyyəti olduğunu bildirmişdir.
Şabran məktəbliləri ən güclü eruditləri müəyyən ediblər
Rəsmi hissədən sonra yarışa start verilmişdir.

Seçim turunda Şabran şəhər məktəbliləri ilə yanaşı, Şabran rayonunun Prəmsən və Zeyvə kənd məktəblərinin şagirdləri də iştirak edib Ümumilikdə 12 komanda tərkibində 72 nəfər şagirdin qatıldığı turnirdə qalib adını şəhər 1 saylı tam orta məktəbinin “Evrika” komandası tutub. Şəhər 5 saylı tam orta məktəbinin “Viktoriya” komandası ikicini, şəhər 3 saylı tam orta məktəbinin “Turan” biliciləri isə üçüncü mükafata sahib olub. Yarışın əsasnaməsinə uyğun olaraq hər 3 komanda Quba şəhərində keçiriləcək final mərhələsində iştirak etmək hüququ qazanıb.

Yekunda qalib və mükafatçılar kubok, diplom və medallarla təltif olunub.

Noyabr ayının 15-dək davam edəcək layihə çərçivəsində daha bir seçim turu Quba rayonunda təşkil olunacaq. Seşim turundan sonra Quba şəhərində təşkil olunacaq final mərhələsində Quba, Şabran və Qusardan olan intellektlər zona çempionunu müəyyən edəcəkdir.

Qeyd edək ki, “Təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsi” dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 211 layihədən 41-i, fərdi kateqoriya üzrə isə 639 layihədən 125-i olmaqla ümumilikdə 166 layihə qalib elan edilib.
loading...
XƏBƏR LENTİ
19-10-2018, 16:36