14 okt 10:16Sosial

Bakıda dəhşətli avtobus qəzasında ölən şəxs BŞİH-nin işçisi imiş - TƏFƏRRÜAT Hadisə

Bakıda dəhşətli avtobus qəzasında ölən şəxs BŞİH-nin işçisi imiş - TƏFƏRRÜAT HadisəBakıda sərnişin avtobusunun törətdiyi və ölümlə nəticələnən yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Publika.az xəbər verir ki, oktyabrın 12-də saat 22 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində Bakı şəhər sakini Şaməddin Cəfərov idarə etdiyi “Daewoo” markalı 208 saylı xətt avtobusununun vurduğu “MAN” markalı yük avtomobili Bakı Şəhər İcra Hakimiyyətinə məxsus olub. Belə ki, avtobusun arxadan çırpıldığı paytaxt sakini Vüqar Eyyubovun idarə etdiyi xüsusi təyinatlı yük maşını axşam saatlarında küçələrdəki zibil qutularından tullantıların toplanması işini həyata keçirirmiş.

Bildirilir ki, yük maşını ilə ara məsafəsini düzgün seçməyə avtobus qarşıda gedən nəqliyyat vasitəsinin qəfil dayanması nəticəsində arxadan ona çırpılıb. Bu zaman təhlükəsizlik qaydalarına əməl olunmaması səbəbindən yük maşınının arxasından tutaraq gedən fəhlə Eldar Bayramov avtobusla həmin nəqliyyat vasitəsinin arasında qalıb. O, hadisə yerində ölüb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi açılıb. "Magna Trans" MMC-yə məxsus olan avtobusun sürücüsü hadisə vaxtı ərazidən uzaqlaşsa da, sonradan saxlanılıb.
loading...
XƏBƏR LENTİ
19-10-2018, 16:36