14 okt 09:42Sosial

Cinsi performansı artıran QİDALAR - SİYAHI

Cinsi performansı artıran QİDALAR - SİYAHITestosteron hormonu sadəcə cinsi əlaqə üçün yox, eyni zamanda sağlamlıq üçün də önəmli rola sahibdir.

Avrasiya.net ölkə.az-a istinadən xəbər verir ki, bu hormon əzələ gücünü artırır, psixoloji vəziyyəti yaxşılaşdırır və sümükləri gücləndirir. Gündəlik baş verən stress, səhv qidalanma testosteron hormonunun azalmasına səbəb olur. Bu hormonu isə sink və D3 vitamini artırır. Cinsi performansı artırmaq üçün aşağıdakı qidalardan qəbul edin.

Bal

Qan dövranının yaxşı olması cinsi performansa müsbət təsir edir. Təbii bal bu işdə sizə kömək edir. Balın tərkibində testosteron miqdarını artırmağa kömək edən boron mineralı və nitrik oksid var. Nitrit oksid qan damarlarını genişləndirir və ereksiyanı sürətləndirir.

Balqabaq tumu

Balqabaq çəyirdəyi prostata xeyirdir. Onun tərkibindəki maddə prostat vəzlərini genişləndirir. Bu təsiri isə cinsi problemlərin qarşısını alır. Eyni zamanda tez-tez sidiyə çıxma probleminin də qarşısını alır. Kişilər gün ərzində bir ovuc balqabaq tumu yeməlidir.

Nar suyu

Nar suyu cinsi istəyi artırır, insanın psixoloji vəziyyətini yaxşılaşdırır, stresi ortadan qaldırır. Bir stəkan sıxılmış nar suyu bir çox problemi həll edir.

Stridiya

Sink mənbəyidir. Testosteron hormonlarını artıran ən vacib elementlərdən biri sinkdir. Gərgin idman məşqindən sonra orqanizmdə testosteron səviyyəsi azalır. Bunu artırmaq üçün isə sink tərkibli qidalar qəbul etmək lazımdır.

Zeytun yağı

Aparılan bir tədqiqat zamanı məlum olub ki, üç həftə ərzində zeytun yağı ilə qidalanan insanlarda testosteron hormonunun miqdarı 17% artıb. Gündəlik həyatınızda zeytun yağını süfrədən əksik etməyin.

Xərçəngin dərmanı qara kələm

Qara kələm prostat üçün çox faydalıdır. Tərkibi K vitamini ilə zəngindir. 11 min kişinin iştirak etdiyi tərcübə zamanı məlum olub ki, K2 vitamini qəbul edən kişilərdə prostat xərçəngi riski 63% azalır.

Skumbriya balığı

Sinkdən əlavə ehtiyacımız olan D vitaminidir. Xüsusən də qış aylarında skumbriya balığı D vitamini ehtiyacımızı qarşılayır. Həftədə bir dəfə mütləq skumbriya balığı yemək lazımdır. Tədqiqatlar sübut edib ki, kifayət qədər D vitamini qəbul etməyən kişilərdə testosteron miqdarı qəbul edənlərə nisbətən 25% daha az olur.

Qulançar

Folik turşusu, potasium və E vitamini ilə çox zəngindir. Cinsi performansı artıran ən təsirli qidadır. Testosteronu artırmaqla yanaşı metabolizmanı sürətləndirir.

Krevet

D vitamini ilə zəngindir. Müntəzəm olaraq qəbul etmək testosteron hormon miqdarını artırır və orqanizm tərəfindən kalsiumun sovrulmasına kömək edir.

Hind qozu yağı

Testosteron hormonunun ifrazı üçün orqanizmin ehtiyac duyduğu faktorlardan biri də doymuş yağlardır. Spirtli içkilər orqanizmdə testosteron hormonunun miqdarını azaldır. Bu hormonu artırmaq üçün hind qozu yağı qəbul etmək olar.
loading...
XƏBƏR LENTİ